Məmməd Dəmirçioğlu

Məmməd Bəşirov (Dəmirçioğlu) — Görkəmli rəssam, şair, heykəltaraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Məmməd Dəmirçioğlu
Məmməd Bəşirov
Doğum tarixi
Doğum yeri Qaymaqlı, Qazax rayonu Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ, Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi

Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Dəmirçioğlu adını ona Ağamalı Sadiq Əfəndi vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məşhur idilər. İncə dərəsi elində "Məmməd əmi" və ya "Mamed" təxəllüsləri ilə də tanınmışdır.[1]

2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]

1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir.

Şer yazmağa 18-19 yaşlarında başlamışdır. Uzun müddət şeirlərini heç bir mətbuat orqanında dərc etdirməmişdir.

"Dəmirçioğlunu dindir" adlı ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görmüşdür. "Eşqəm", "Səhra gülləri" və 2011-ci ildə 60-cı yaşının "Söz-söz açılan göy üzü" kitablarını nəşr etdirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

  1. . [1][ölü keçid] kulis.lent.az/Səbuhi Məmmədli/Tanrının şair, rəssam, heykəltaraş, memar “dostu”  (az.)
  2. . [2][ölü keçid] lent.az/Şair Məmməd Dəmirçioğlu vəfat edib  (az.)