Məmməd Əsəd oğlu Mehdiyev (1911, Şamaxı – 1988, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Ali Sovetinin deputatı və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun IX rektoru.[1]
Məmməd Mehdiyev | |
---|---|
Məmməd Əsəd oğlu Mehdiyev | |
1954 – 1962 | |
Əvvəlki | Bala Ağayev |
Sonrakı | Niyaz Səfərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | Fizioloq |
Fəaliyyəti | alim |
Atası | Əsəd Mehdiyev |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fiziologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
|
1911-ci ildə Şamaxıda anadan olmuşdur.
Ali təhsilini 1935-ci ildə İrəvan Baytarlıq İnstitutunda bitirmiş, ardınca Maksim Qorki adına Kazan Aqrar İnstitutunda təhsil almışdır.
İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur.
1988-ci ildə vəfat etmişdir.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, fakültə dekanı işləmişdir.[2] 1953-cü ildə baytarlıq elmləri doktoru dərəcəsini və professor elmi adını almışdır.
1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnsititutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.[3]
Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
1954–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda direktor və rektor qismində ali təhsil müəssisəsinin 9-cu rəhbəri olmuşdur.[4]