Bala Ağayev

Bala Məmməd oğlu Ağayev (1910, Şuşa1989, Azərbaycan SSR) — 1944–1953-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin sayca 8-ci direktoru (rektoru), kənd təsərrüfatı elmləri doktoruprofessor.[1]

Bala Ağayev
Bala Məmməd oğlu Ağayev
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Azərbaycan SSR
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Kənd təsərrüfatı
Elmi dərəcəsi Elmlər doktoru
İş yeri Azərbaycan Dövlət Aqrar Universiteti

1910-cu ildə Şuşada anadan olmuşdur. 1989-cu ildə vəfat etmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetində (o dövrki adı ilə AKTİ) ali təhsil almışdır.

Bala Ağayev kənd təsərrüfatı elmləri doktoru, professor, torpaqşünaslıqmeliorasiya üzrə görkəmli alim, Macarıstan Elmlər Akademiyasının müxbir üzvü, Təbriz Universitetinin fəxri professoru seçilmişdir.[1] Onun Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyi dövrdə meşə təsərrüfatı fakültəsi yaradılmış, tələbə qəbulu planı və məzunların sayı əhəmiyyətli dərəcədə artmış, əvvəlki illərdən fərqli olaraq 1950–1953-cü illərdə kənd təsərrüfatına xeyli ali təhsilli mütəxəssis göndərilmişdir.[1]

  1. 1 2 3 "Bala Ağayev". adau.edu.az. 2019-10-23 tarixində arxivləşdirilib.