İsmayılov Rüstəm Hacıəli oğlu (1 iyul 1909, Bakı – 1 iyun 1972, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1962) və prezidenti (1967–1970), Azərbaycan SSR Ali Sovetinin deputatı (2, 3, 6 və 7-ci çağırışlar), Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR əməkdar elm xadimi (1964).[1]
Rüstəm İsmayılov | |
---|---|
1967 – 1970 | |
Əvvəlki | Zahid Xəlilov |
Sonrakı | Həsən Abdullayev |
20 oktyabr 1965 – 1967 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Məmmədağa Məmmədov |
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini | |
1952 – 1954 | |
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1950 – 1952 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyun 1972 (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Rüstəm İsmayılov 1 iyul 1909-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirmişdir (1933).
R. İsmayılov 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1958-ci ildə professor elmi adını almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.
O, 1954–1959-cu illərdə "AzərNeftzavodları" Birliyinin baş mühəndisi olmuşdur.
1970–1972-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır.[2]
1 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir[3].
R. İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.
İkinciDünya müharibəsi illərində Azərbaycanın neft emalı sənayesinin əsas problemlərindən biri cəbhənin ehtiyaclarının ödənilməsi idi. Məhz R. İsmayılovun bilavasitə iştirakı ilə neft məhsullarının emalının artırılması üçün bütün işlər görülmüşdür. Onun rəhbərliyi altında müharibədən sonrakı illərdə neft emalı sənayesinin işi daha da təkmilləşmiş, yeni istehsalatlar yaradılmışdır.
R. İsmayılovun həmmüəlliflərlə birlikdə neft emalı sənayesi sahəsində mühüm tədqiqat işlərindən biri xüsusi markalı aviabenzin istehsalının artırılması məqsədilə Azərbaycan neftinin emalının effektiv sxeminin tətbiqi olmuşdur. Azərbaycan cəbhəni təmin edən yeganə təchizatçı sayıldığından, bu benzin İkinci Dünya müharibəsi illərində çox qiymətli idi.
R. İsmayılovun müxtəlif karbohidrogen birləşmələrinin alkilləşdirilməsi, oliqomerləşdirilməsi və polimerləşdirilməsi sahəsindəki işləri böyük maraqla qarşılanmışdır.
R. İsmayılov xlorüzvi sintezinin istehsalata tətbiqi texnologiyasının təkmilləşdirilməsi sahəsində böyük rol oynamışdır.
Əsas elmi işləri neft kimyasına və neft emalı texnologiyasına aiddir. Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində böyük xidmətləri olmuşdur. Azərbaycanda neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşdirilməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Azərbaycanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.
Rüstəm İsmayılov 1950–1952-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1952–1954-cü illərdə sədr müavini olmuşdur
Rüstəm İsmayılov 1959–1961-ci illərdə Azərbaycan SSR XTŞ Neft emalı və Kimya sənayesinin idarə rəisi, 1961–1965-ci illərdə isə Azərbaycan SSR XTŞ sədrinin birinci müavini olmuşdur.
O, 1965–1967-ci illərdə Azərbaycan SSRİ neft emalı və neft-kimya sənayesi naziri vəzifəsini tutmuşdur.
Rüstəm İsmayılov 1967–1970-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olmuşdur.