Mənəmən — yumurta, bibər, pomidor və istəyə bağlı olaraq soğan istifadə edilərək hazırlanan Türkiyə yeməyi. İlk dəfə əhali mübadiləsi nəticəsində İzmirin Menəmən ilçəsinə gələn krit türkləri tərəfindən hazırlanmış və adını ilçədən almışdır.[1][2]
Mənəmən | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Türk mətbəxi | |
Mənşəyi | |
Adlandırılıb | Menəmən |
Tərkibi | |
Əsas |
Mənəmən əksər hallarda çörəklə səhər yeməyi olaraq yeyilir.[3]
İstəyə bağlı olaraq göbələk və ət ilə də hazırlanır.[4][5] Damaq dadına görə nanə, kəklikotu, cirə və paprika kimi fərqli ədviyyatlar da əlavə oluna bilər.[6]
Pomidor adətən nazik soyulur və ya rəndələnə bilər. Bişirənin seçiminə görə qızardırılmış və doğranmış pomidorlar qarışdırıla da bilər. Soğan istifadə edildiyi vaxt yaşıl bibərlərlə tavaya əlavə edilir və qızdırılmış kərə yağı və ya sulu ilə qızardılır. Acı bibər də əlavə oluna bilər.[7] Soğanın mənəmənə əlavə olunması müzakirə olunan mövzudur və soğan əlavə edildikdə səhər yeməyi kimi yox, daha çox əsas yemək kimi qəbul olunur.[8]
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |