Mən ingilis kralına xidmət etmişəm (film, 2006)

Mən ingilis kralına xidmət etmişəm (çex. Obsluhoval jsem anglického krále) çexiyalı rejissor Yirji Menzelin dram janrında çəkdiyi filmdir. 2006-cı ildə ekranizasiya olmuşdur. Film yazıçı Bohumil Hrabalın eyniadlı romanının əsasında çəkilib. Bu film üçün Hrabal əsərlərindən ibarət Menzelin altıncı adaptasiyasıdır[3]. Film ABŞBöyük Britaniyada 2008-ci ildə buraxılmışdır[4][5].

Mən ingilis kralına xidmət etmişəm
Obsluhoval jsem anglického krále
çex. Obsluhoval jsem anglického krále
Janr dram filmi
Əsas mövzu Opportunizm[1], Hirs[d][1], ofisiant[d][1]
Rejissor Yirji Menzel
Baş rollarda İvan Barnev
Oldrjix Kayzer
Yulia Yentş
Martin Huba
Marian Labuda
Milan Lasika
Zuzana Fialova
Yozef Abrham
Operator Rudolf Birman
Bəstəkar Aleş Brjezina
İlk baxış tarixi 21 dekabr 2006, 21 avqust 2008[2]
Filmin növü Bədii film
Müddət 120 dəq.
Büdcə $7,319,210, Ümumi gəliri — CZK 84,450,000
Ölkələr Çexiya Çexiya
Slovakiya Slovakiya
Almaniya Almaniya
Macarıstan Macarıstan
Dil çex dili
İl 2006
Rəng rəngli
IMDb ID0284363

Yan Dite özünün 15 il həbs cəzası müddətinin bitməsinə az qalmış çex həbsxanasından sərbəst buraxılır və o Çexoslovakiya ilə Almaniya sərhədi yaxınlığında yerləşən şəhərin birində məskunlaşır. O asudə vaxtını əvvəllər alman ailəsinə məxsus olmuş, indi isə boş qalan evin bərpası ilə keçirir. Tək tənha yeni evdə yaşayan Yan onun ən böyük arzusu bir milyonçu olmaq olduğunu deyir və beləliklə öz keçmişini xatırlamağa başlayır. Yan karyerasını dəmir yolu stansiyasında sosis və kolbasa satıcısı vəzifəsi ilə başlayır və bu yolla o pulun insanların üzərində necə təsir göstərdiyini, onun hansı gücə malik olduğunu anlayır.

Yan öz xatirələrinə daldığı məqamda Martsela adlı gənc bir qadın və onun yaşlı yol yoldaşı, professor, qonşuluqdakı evlərin birinə köçürlər. Yan və Martsela qarşılıqlı cəlb hissini inkişaf etdirirlər, lakin bu daha yaxın fiziki əlaqələrə keçmir. Film keçmiş ilə hazırkı dövr arasında növbə ilə davam edir və parallel olaraq yaşlı Yan və yeni qonşular arasında yaşanan münasibətlər barəsində də bəhs edir.

Gənc Yan restoranların birində işləyərkən müxtəlif qadınlarla, o cümlədən əxlaqsız aktrisalar və borellərdə çalışan fahişələrlə daim münasibətlərdə olur. O, həmçinin tədricən Tixota Hoteli kimi daha çox sosial nüfuzlu yerlərə işə götürülür və orada onunla birgə çalışan qulluqçu qızlarla cinsi əlaqədə olur. Nəhayət Yan Praqa şəhərinə köçür və burada o məşhur Paris Hotelində özünə məşğulluq tapır. Yan burada bir zaman İngiltərə kralına xidmət etdiyini iddia edən metrdotel Skrjivanekin qəyyumluğu altına düşür. Bu iddiadan təlaşa düşən Yan, günlərin bir günü Çexiyaya səfər edən Efiopiya imperatoruna xidmət göstərir. İmperator ona göstərilən yüksək səviyyəli xidmətdən çox məmnun qalır və cənab Skrjivaneki medalla təltif etməyə çalışır, lakin metrdotelin boyu çox hündür olduğu üçün imperator medalı onun boynundan asa bilmir. Yan, imperatorun boyu çatması üçün kifayət qədər qısaboylu olduğundan, imperator Skrjivanek üçün nəzərdə tutulmuş medalı onun boynuna asır.

Üçüncü Reyxin Çexiya torpaqlarını anneksiya edən zaman Yan Liza adlı Sudet bölgəsindən olan və Adolf Hitlerə bir tanrı obrazı kimi sitayiş edən gənc alman qızına aşiq olur. Yan çox keçmədən Lizaya evlənmə təklifi edir; Liza buna cavab olaraq yalnız tibbi müayinə vasitəsilə təmiz ari mənşəli olduğunu sübut etdikdən sonra ona ərə getməyə razı olacağını bildirir. İşğal zamanı digər qarson və otel menecerləri, xüsusilə də Brandeys alman işğalçılarına bəslədikləri nifrəti daha açıq şəkildə bildirmək məqsədilə, hotelə gələn almanlarla alman dilindən başqa bütün digər dillərdə danışır və mümkün qədər onlara xidmət etməkdən boyun qaçırırlar. Yan bu yolla simvolik müqavimət ifadə etməkdən imtina edən yeganə hotel üzvünə çevrilir. Brandeys məhz bu səbəbdən Yanı bu vəzifədən azad edir və onun Praqa şəhərindəki hər bir müəssisədə qara siyahıya düşəcəyini bildirir. Almanlar Praqada bütün hakimiyyəti əlinə alandan sonra, Yan və Liza heç bir şey olmamış kimi hotelə daxil olurlar və Yan burada istehza ilə Skrjivanekə — İngiltərə kralına səylə xidmət göstərməsinə baxmayaraq, o yenə də heç bir uğur əldə edə bilmədiyini bildirir və hirsli Skrjivanek etiraz olaraq yeməyi Yanın üstünə tökür. Bunun nəticəsində Skrjivanek işğal orqanları tərəfindən hoteldən həmişəlik uzaqlaşdırılır və onun sonrakı taleyi naməlum qalır.

II Dünya müharibəsi zamanı, Yan Tixota hotelinin yerində yaradılmış bir institutda işə götürülür. Burada alman qadınları seçilmiş əsgərlərlə birlikdə cinsi əlaqəyə girərək, yeni bir "ali irq" yetişdirməyə çalışırlar. Bundan başqa, Yan da daxil olmaqla bütün oğlanlar nəsil artırmaq qabiliyyətində olduqlarını təsdiqləmək üçün masturbasiya edərək spermalarını analizə verirlər. Hotelin sahibi cənab Tixota təkərli kürsü istifadə etdiyindən, alman əsgərləri onu sadəcə olaraq lazımsız əşya kimi buradan uzaqlaşdırırlar və onun gələcək taleyi də naməlum qalır. Bu sırada, Liza Rusiya cəbhəsində tibb bacısı kimi xidmət göstərməyi qərara alır. O, polyak-yəhudi ailələrinin evlərindən götürülmüş qiymətli marka ilə geri qaytarır. Müharibə irəlilədikcə, müttəfiq qüvvələri Almaniyaya qarşı çıxdıqca qadınlar tez tələsik həmin institutdan köçürülür və onları yaralılar və amputasiya olunmuş əsgərlər əvəz edir. Müharibənin sonuna yaxın, institut hücuma məruz qalır, əsgərlər və personal evakuasiya olunur. Liza müharibədən sonra istifadə etmək üçün markaları götürməyə çalışır ancaq bu vaxt xəstəxananın dam örtüyü çökür və o həlak olur. Yan sevgilisinin cəsədini tapır və onun əlindəki marka qutusunu götürür. Müharibədən sonra, markaların dəyəri Yan Ditenin zəngin otelçi olmasın üçün imkan verir.

Kommunistlər 1948-ci ildə Çexoslovakiyada hakimiyyəti ələ aldıqdan sonra, Yan kommunist müqavimətinə milyonçu olduğunu bildirir və bu səbəbdən öz əmlakını və sərvətini itirir. O, 15 il həbs cəzasına məhkum olunur: sərvətinin hər milyonuna bir il həbs cəzası. Həbsxanada o, Brandeys və digər keçmiş imkanlı müştərilərin məhbus olduğunu görür. Yan onların arasında oturmağa çalışır, lakin onlar öz dairəsi onu çıxardırlar.

Martsela və professor ərazini tərk edirlər. Yan isə evin bərpasını başa çatdırır və burada kiçik pivəxana açır.

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə "Mən ingilis kralına xidmət etmişəm" filminə kinotənqidçilər müsbət rəy verdilər. 11 oktyabr 2008-ci ildə Rotten Tomatoes saytı 71 ball ilə 80% Təsdiq edilmiş freş səs verir. Onlar Çexiya filmoqrafiyasının Yeni Dalğa ustası olan Yirji Menzelin necə böyük təxəyyül və intelektlə həyatın bütün şirin və acı anlarını tək bir kinolentdə təsvir etdiyi barədə yazırlar[6]. Metacritic isə ümumilikdə yüksək qiymətləndirərək, aktyor İvan Barnevə 100 baldan 72-ni vermişdi[7].

Bir sıra tənqidçilər bu filmi 2008-ci ilin ən yaxşı filmlərindən ibarət ilk onluq siyahısına əlavə etmişdilər. Christian Science Monitor qəzetinin nümayəndəsi Piter Rayner onu 2008-ci ilin 6-cı ən yaxşı filmi adlandırmışdı[8], Varyete jurnalının Baş redaktoru Denis Harvi isə onu 2008-ci ilin 8-ci ən yaxşı filmi adlandırmışdı[8].

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
  • 2007Berlin kino festivalı
    • FIPRESCI Film Tənqidçiləri Beynəlxalq Federasiyasının xüsusi mükafatı (Yirji Menzel)
    • "Qızıl ayıya" Nominasiya (Yirji Menzel)
  • 2007Manaki qardaşlarının Beynəlxalq Film Festivalı
    • "Qızıl kamera" (Yaromir Şofr)
  • 2007Çex şiri
    • Ən yaxşı film
    • Ən yaxşı rejissor (Yirji Menzel)
    • Ən yaxşı operator işi (Yaromir Şofr)
    • İkincidərəcəli rol üzrə ən yaxşı aktyor işi (Martin Huba)
  • 2007European Film Awards
    • Xalq seçimi mükafatı üçün namizəd (Yirji Menzel)
  • 2007Sofiyanın Beynəlxalq Film Festivalı
    • Xalq seçimi mükafatı üçün hədiyyə (Yirji Menzel)
  • 2008Penyiskole komediya filmləri festivalı
    • Ən yaxşı film (Yirji Menzel)
  • 2009 — Gopo Mükafatı
    • Ən yaxşı Avropa filmi
  1. 1 2 3 europeanfilmawards.eu.
  2. http://www.kinokalender.com/film6644_ich-habe-den-englischen-koenig-bedient.html.
  3. Steve Rose. "Irony man". The Guardian. 2008-05-09. 2013-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-19.
  4. Stephen Holden. "Hot Dogs to Haute Cuisine, Then Back Down Again". New York Times. 2008-08-29. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-17.
  5. Peter Bradshaw. "I Served the King of England". The Guardian. 2008-05-09. 2010-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-19.
  6. "I Served the King of England Movie Reviews, Pictures — Rotten Tomatoes". Rotten Tomatoes. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-11.
  7. "I Served the King of England (2008): Reviews". Metacritic. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-11.
  8. 1 2 "Metacritic: 2008 Film Critic Top Ten Lists". Metacritic. 2010-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]