Mənsur Ələkbərov

Ələkbərov Mənsur Abbas oğlu (13 yanvar 1963, Subatan, Basarkeçər rayonu) — şair, jurnalist, Təbib qəzetinin məsul katibi.

Mənsur
Ələkbərov Mənsur Abbas oğlu
şəkil 2011-ci ildə çəkilib
şəkil 2011-ci ildə çəkilib
Doğum tarixi (60 yaş)
Doğum yeri Göyçə mahalı, Basarkeçər rayonu, Subatan
Milliyyəti azərbaycanlı
Atası Abbas Ələkbərov
Təhsili
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu Kərkibaş kəndində davam etdirərək 1981-ci ildə həmin məktəbi bitirib.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.

1993-cü ildə həmin fakültəni Poliqrafiya ixtisası üzrə başa vurub. Onlarca elmi-metodiki tövsiyələrin müəllifi olub, bir sıra bibloqrafik göstəricilərə redaktorluq etmişdir. Onun həmçinin yerlərdə kitabxana işinin təşkili və xidmət işinin həyata keçirilməsində əməyi olmuşdur.

1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyir.

Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq etmişdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Bu dünya mən görəndimi" (şeirlər və poema), Bakı, "Nurlan", 2004. 176 səh., 500 nüsxə.
  • "Eldar İsmayıl-biblioqrafiya" Bakı, "Nurlan", 2005. 176 səh., 500 nüsxə.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]