Kərkibaş, Şəfəq — Göyçə mahalının Basarkeçər rayonuda kənd.
Kərkibaş | |
---|---|
40°12′ şm. e. 45°41′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.952 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı.[2] XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur.
Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir.
Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şəfəq, Ermənistan prezidentinin 19. IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur.
Kənddə 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 nəfər, 1914-cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918–1919-cu illərdə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur[5]. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanları öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 224 nəfər azərbaycanlı yaşamışdır[6]. 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Əkinçilik və heyvandalıq