Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور) (noyabr 713[2], Humeyma[d], Əməvilər xilafəti – 7 oktyabr 775[3], Məkkə, Abbasilər xilafəti[1]) — 2. Abbasi xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan Əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur.
Əl-Mənsur | |
---|---|
ərəb. أبو جعفر عبد الله بن محمد المنصور | |
| |
Əvvəlki | Əs-Səffah |
Sonrakı | Əl-Mehdi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, şair, Xəlifə |
Atası | Məhəmməd ibn Əli |
Anası | Səlamə Ümmü-Abdullah |
Həyat yoldaşı | Arva bint Mənsur Əl-Himyari |
Uşağı | Əl-Mehdi |
Ailəsi | Abbasilər |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi.
Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı. Ancaq son Əməvi xəlifəsi II Mərvanın ölüm xəbərinin gəlməsiylə ibn Hübeyrə 11 aylıq mühasirənin ardından təslim olmağa məcbur oldu. Ancaq xəlifənin əmriylə, bağlanan təslim sazişinə zidd olaraq başda ibn Hübeyrə olmaqla, bir çox mühüm Əməvi tərəfdarı edam edildi. Bir çox əyalətlərdə çıxan üsyanları yatırdı və 754-cü ildə həcc əmiri təyin edildi. Xəlifə Əbül Abbas Əs-Səffah qardaşı Əbu Cəfəri birinci, digər qardaşı Musanın oğlu İsanı isə ikinci vəliəhd elan etmişdi. Əbu Cəfər Məkkədə olduğu əsnada xəlifə vəfat etdi (10 iyun 754). Qardaşı oğlu İsa ibn Musanın göndərdiyi məktubla xəbəri alan Əbu Cəfər dərhal yola düşdü və başda Haşimilər olmaqla bir çox tayfanın dəstəyini topladı.
Əl-Mənsur səltənətinin ilk ilində əmisinin üsyanıyla məşğul oldu. Abbasilərin hakimiyyətə gəlişində mühüm rol oynayan əmisi Abdullah ibn Əli qardaşı oğlunun xəlifəliyini tanımadı və böyük bir orduyla paytaxtı tərk etdi. Nüseybin yaxınlığında baş verən döyüşdə məğlub olan Abdullah ibn Əli ələ keçirilərək Bəsrədə həbs olundu və ölümünədək 10 il boyunca burada saxlanıldı.
Əmisinin üsyanından sonra getdikcə nüfuz qazanan və mərkəzi hakimiyyətə qarşı təhlükə yaradan Əbu Müslim əl-Xorasani tərtiblənən sui-qəsdlə qətlə yetirildi (12 fevral 755). Bu hadisənin ardından Xorasanda bir çox üsyan və ayaqlanma baş tutdu və bu üsyanlar illərcə xəlifəni məşğul etdi. Əndəlüsə qaçaraq orada yeni bir dövlət quran Əbdürrəhman ibn Müaviyəylə mübarizə aparsa da, bunun bir nəticə vermədiyini anladı və elçi göndərərək sülh təmin etdi.
758, 765, 766 və 769-cu illərdə həccə gedən Əl-Mənsur 775-ci ildə yenidən həccə gedərkən yolda səhhəti pisləşdi və 7 oktyabr 775-ci ildə Məkkə yolunda vəfat etdi. Dəfn yerinin bilinməməsi üçün 100 ayrı məzar qazıldığı qeyd olunur. Yerinə vəliəhd elan etdiyi oğlu Məhəmməd əl-Mehdi xəlifə elan olundu.