Əbu Abdullah Məhəmməd ibn Abdullah Əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور) (3 avqust 744, Humeyma[d] – 24 iyul 785, İzə, Xuzistan ostanı) — 3. Abbasi xəlifəsi.
Əl-Mehdi | |
---|---|
ərəb. أبو عبد الله محمد المهدي | |
| |
Əvvəlki | Əl-Mənsur |
Sonrakı | Əl-Hadi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 avqust 744 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 785 (40 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, şair, Xəlifə |
Atası | Əl-Mənsur |
Anası | Arva bint Mənsur Əl-Himyari |
Həyat yoldaşı | Əl-Xeyzuran bint Ata |
Uşaqları |
Əl-Hadi Ər-Rəşid |
Ailəsi | Abbasilər |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
3 avqust 744-cü ildə Xuzistanın İzə şəhərində dünyaya gəldi. Atası xəlifə Əbu Cəfər Əl-Mənsur, anası isə onun ərəb əsilli xanımlarından Arva bint Mənsur Əl-Himyaridir. Ailəsiylə birlikdə öncə Hümeyməyə, Əməvilərin devrilməsindən sonra isə Kufəyə gələn Əl-Mehdi atasının xüsusi nəzarəti altında mükəmməl təhsil aldı. 758-ci ildə atası tərəfindən Xorasan canişinliyinə təyin edildi və uzun müddət orada xidmət etdi. İlk iş bölgənin üsyankar canişini Əbdülcabbar Əl-Əzdini ələ keçirərək Bağdada yolladı. Ardından həmin il Təbəristanı ələ keçirdi və 761-ci ildə əmisi Əs-Səffahın qızı Raitə Əl-Səffah ilə evləndi.
768-ci ilədək Xorasanda qalan Əl-Mehdi bu müddət ərzində bölgəni Nişapur və Rey şəhərlərindən idarə etdi. Bu müddət ərzində şəxsən döyüşlərdə iştirak etməsə də, güclü strateji oyunlarla bölgəni tabeliyində saxlamağı bacarmışdır. Xorasandan döndükdən sonra ailəsi və yaxın adamlarıyla birlikdə Bağdad yaxınlığında onun şərəfinə inşa edilməyə başlayan Rüsafədə iqamət etdi. Bu müddət ərzində atası Əl-Mənsur xəlifə elan edilmişdi. Xəlifənin qardaşı oğlu İsa ibn Musa vəliəhd idi və Əl-Mənsur onun yerinə öz oğlu Əl-Mehdini varis təyin etmək niyyətində idi. Nəhayət, İsa ibn Musa 764-cü ildə əmisi xəlifə Əl-Mənsurun və Xorasan birliklərinin təzyiqi ilə vəliəhdlik ünvanını xəlifənin oğlu Əl-Mehdiyə verməyə, özünün isə ikinci sıraya keçməsinə razılıq verdi.
770-ci ildə həcc əmiri təyin edilən Əl-Mehdi 772-ci ildə atasının istəyilə Fərat çayı sahilində Rəfiqə şəhərinin əsasını qoydu. Atasının həcc yolunda vəfat etməsinin ardından 7 oktyabr 775-ci ildə heç bir müqavimətlə rastlaşmadan Bağdadda taxta çıxdı.
Əl-Mehdi xəlifə olduqdan sonra başda xanımı Əl-Xeyzuran olmaqla, bir çox saray əyanının da təhrikiylə əmisi oğlu İsa ibn Musanı tamamilə taxt sırasından uzaqlaşdırmaq, öz övladları Musa və Harunu varisi təyin etmək niyyətinə düşdü. Bu məqsədlə sarayda keçirilən məclisə gəlməkdən imtina edən İsa ibn Musa 776-cı ildə mərkəzdən göndərilən birliklər tərəfindən ələ keçirildi və həmin ilin noyabrında bütün taxt hüququndan imtina etməsi barədə zorla razılıq verdi. Qarşılığında 10 milyon dirhəm pul və külli miqdarda hədiyyələr alaraq mərkəzdən uzaqlaşdırıldı. Beləcə, Əl-Mehdi 776-cı ildə böyük oğlu Musanı, 782-ci ildə isə kiçik oğlu Harunu vəliəhd elan etdi.
Atası Əl-Mənsur dönəmində həbs edilən bir çox Əməvi sülaləsi mənsublarını azadlığa buraxdı və vaxtilə əllərindən alınan bütün mülkləri onlara geri qaytardı. Bu səbəblə onun səltənətində heç bir Əməvi ayaqlanması müşahidə edilməmişdir. Bundan başqa onun səltənəti dönəmində Bizans imperiyası üzərinə bir çox səfərlər tərtib edilmiş, 776, 777, 778, 779 və 781-ci illərdə baş tutan bu səfərlərin nəticəsində xilafətin ərazisi indiki Kadıköy ərazisinə qədər genişləndi. Hələ azyaşlı olan oğlu VI Konstantin adına imperiyanı idarə edən Afinalı İrina illik 70 min dinar xərac qarşılığında 3 illik sülh bağlamağa məcbur oldu.
Xəlifə Əl-Mehdi 4 avqust 785-ci ildə vəfat etdi. Ov əsnasındakı bir qəza və ya zəhərlənmə nəticəsində öldüyünə dair rəvayətlər mövcuddur.