Mənsur bəy

Mənsur bəy (d. ? - ö. XVI əsr) — Səfəvi imperiyasının hərbi və dövlət xadimlərindən biri.

Mənsur bəy
Şəxsi məlumatlar
Vəfat tarixi XVI əsr
Hərbi fəaliyyəti
Mənsubiyyəti Səfəvi ordusu
Qoşun növü Süvari
Rütbəsi Bəy
Vəzifəsi Dərbənd hakimi

O, Şah I İsmayılın (1501-1524) hakimiyyəti dövründə, 1509-cu ildə Dərbəndin hakimi təyin edilmişdir. Burada onun qısamüddətli hakimiyyətindən sonra hakimlik Şirvanşahlar sülaləsindən olan şəxslərin əlinə keçmişdir. Səfəvi sülaləsindən asılı olan Şirvanşah hökmdarları özləri də bu qalanı fərqli qalabəyilərinin vasitəsiylə idarə etmişdirlər. Bu, 1538-ci ilə qədər davam etmişdir. Bu ildə Şirvanşah dövlətinin daxili müstəqilliyi də Səfəvi şahı I Təhmasib tərəfindən ləğv edilmiş və bura imperiyaya birbaşa bəylərbəyi kimi tabe etdirilmişdir.[1][2]

  1. Fisher, 1986. səh. 212, 245
  2. Floor, 2008. səh. 175, 284
  • Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008. ISBN 978-1933823232.
  • William Bayne Fisher; Hambly Avery, C. Melville, eds. The Cambridge History of Iran. 6. Cambridge: Cambridge University Press. 1986. ISBN 978-0521200943. ([[:Category:|link]])[[Category:]]