Mərakeş-Safi zəlzələsi — 8 sentyabr 2023-cü ildə Mərakeşin Mərakeş-Safi bölgəsində baş vermiş Mww 6,8 bal gücündə zəlzələ. Zəlzələnin episentri Marrakeşdən 71,8 km cənub-qərbdə, Atlas dağlarında İqil şəhəri yaxınlığında yerləşib. Zəlzələ dağ silsiləsi altında az dərinlikdəki maillik qırılması nəticəsində baş vermişdir. Ən azı 2946 nəfərin öldüyü, 5600-dən artıq insanın yaralandığı məlumdur. Mərakeşdəki binalara və tarixi abidələrə ziyan dəyib. Zəlzələ İspaniya, Portuqaliya və Əlcəzairdə də hiss olunub.[2][3]
Mərakeş-Safi zəlzələsi | |
---|---|
Tarix |
|
Maqnituda | 6.8 Mww |
Hiposentrin dərinliyi | 18,5 km |
Episentrin yeri | |
Əhatəsi | Mərakeş, Mərakeş-Safi |
Ölənlər | 2946 |
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |