Mərib (ərəb. مأرب) — Yəməndə şəhər.
Mərib | |
---|---|
مأرب | |
15°27′45″ şm. e. 45°19′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.122 m, 1.095 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 17.000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür [1].
Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi.
Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir [2]. Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km. məsafədə ay tanrısı Almakah adına inşa olunan və bu gün Harəmü (Mahrəmü) Bilqeys deyilən Əvam adlı ziyarət mərkəziydi. Digər önəmli bir məbəd də onun yaxınındakı yenə aynı tanrı adına inşa edilən və günümüzdə Amaid deyə bilinən Bərandı. Hələ beş sütunu ayaqda duran bu binanın qalıntılarına, Quranda böyük bir taxta (arş) sahib olduğu bildirilən Səba məlikəsinə izafətlə [3] Arşu Bilqeys də deyilməkdədir. Zamanımızda Məscidü Süleyman adıyla məscid olaraq istifadə edilən sütunlu bina da əski bir məbəddir. III əsrdə Himyarilərin əlinə keçən Mərib, paytaxtın Zafara daşınmasına baxmayaraq ticarət və ziyarət mərkəzi mahiyyətiylə önəmini qorumaya davam etdi; 525-ci ildə Həbəşlərin Yəməni işğalından sonra buraya bir də kilisə tikildi. Şəhərin quraq iqlim qurşağında olması səbəbiylə çevrəsindəki bütün əkinçilik fəaliyətlər süni suvarmaya bağlıydı və bunun üçün bir çox suvarma təsisi qurulmuşdu. Bunların ən ünlüsü Quran-i Kərimdə də bəhsi keçən Mərib, Səba və ya Arim səddi deyilən bənddi.
Şəhərin sahib olduğu zəngin və dəyərli qaya duzu yataqlarından çıxarılan Mərib duzu çox məşhurdu. Həmdani duz yataqlarının olduğu dağdan (Cəbəlülmilh) bəhs edir və billur kimi olan bu duzun bənzərinin olmadığını söyləyir [4]. Həzrət peyğəmbərə elçi olaraq gələn Əbyaz ibn Hammal əl-Məribi (əl-Mazini) İslamiyəti qəbul edərək ildə yetmiş dəst libas göndərəcəyinə söz vermiş və istəyi üzərinə Mərib yaxınındakı duz karxanaları ona iqta edilmişdi. Rəsul-i Əkrəmə duzun axar su kimi xalq malı sayıldığı xatırladılınca onun da rızası alınarak duz karxanaları Cevf bölgəsindəki bir əraziylə dəyişdirilmişdi [5]. Vali Bazanın vəfatından sonra Həzrət peyğəmbər Yəmənin hakimiyyətini bölgələrə ayırmış və bunlardan Məribin başına Əbu Musa əl-Əşariyi gətirmişdir [6].
X əsrdə Həmdani, "Śıfatü Cəzirətil-Ərəb" adlı əsərində (səh. 220-221) Məribi Yəmənin “mihlaf” adı verilən kiçik idari-inzibati bölgələrindən biri olaraq zikr edir; "əl-İklildə" əsərində [7] buranın tarixi baxımdan diqqət çəkici şeylərə sahib olduğunu, ancaq sağında və solundakı verimliliyiylə ünlü iki ovanın yıxılan bəndin suları altında qaldığı üçün əkinçiliyə əlverişsiz hala gəldiyini, bununla birlikdə su məqsəmlərinin ayaqda durduğunu bildirir və tarixi səddin qalıntılarından söz açır. Mərib XI əsrə və sonrasına aid coğrafiya qaynaqlarında da kiçik bir qəsəbə olaraq anladılır.