Məryəm Fikrət qızı Qafar-zadə (1980, Bakı) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri.(2020-2022)
Məryəm Qafar-zadə | |
---|---|
Qafar-zadə Məryəm Fikrət qızı | |
Mətbuat katibi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyun 1980-cı il |
Doğum yeri | Azərbaycan, Bakı |
Məryəm Qafar-zadə 11 iyun 1980-cı ildə Bakıda anadan olub.
2006-cı ildən etibarən dövlət qulluğunda çalışır. İxtisasca həkim-bioloqdur.
2009-2017 illərdə Fransanın Strasburq şəhərində Avropa Şurasında layihə rəhbəri vəzifəsində çalışıb,[1] mədəni irs, gənclər siyasəti, təhsil, səhiyyə (pasient hüquqlarının qorunması), sosial bərabərlik (əlillərin hüquqlarının qorunması) və idman (idmana dair beynəlxalq konvesiyalarının monitorinqi) mövzularında müxtəlif beynəlxalq layihələri idarə edib. 80-dən artıq beynəlxalq seminar və konfransda çıxış edən Məryəm Qafar-zadə Avropa Birliyi və Avropa Şurasının “İdmanda gender bərabərliyi” və “Uşaqların zorakılıqdan qorunması” mövzularında müştərək layihələrin spikeri və məruzəçisidir. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin rəhbəri vəzifəsinə seçilib.[2]
24 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib və 2022-ci ilə qədər bu vəzifəni icra edib.[3] Son təyinatadək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri vəzifəsində çalışıb.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantıdır. 25 dərc olunmuş elmi məqalənin müəllifidir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisidir.
Azərbaycan Basketbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Fransız, ingilis, rus və türk dillərini mükəmməl bilir.
Məryəm Qafar-zadə ailəlidir və bir övladı var.