Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Məsud Doğan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Ankara (3.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1972 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub.[1]
İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb.[1]
Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir.[1]
2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evli və 4 uşaq atasıdır.[1]