Səadət Partiyası


Səadət PartiyasıTürkiyədə fəaliyyət göstərən siyasi partiya.

Səadət Partiyası
Loqonun şəkli
Quruluş tarixi 20 iyul 2001
Sələfi Fəzilət Partiyası
Baş qərargah Ankara, Türkiyə
İdeologiya Milli görüş
İslamçılıq
Ümmətçilik
Üzv sayı 217.441[1]
Şüar Yüreğinin sesini dinle, SAADET'i duyacaksın
Parlamentdə
20 / 600
Bələdiyyədə
  • 1 / 922
    (İlçə)
  • 3 / 388
    (Bəldə)
Saytı saadet.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir.

2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib.

2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır. 2014-cü ilin Bələdiyyə seçkilərində Səadət Partiyası 3% səs, təxminən 2 milyon seçicinin dəstəyini qazanaraq Konya, Ərzurum, ƏrzincanBatmanda bir sıra rayon Bələdiyyələrini qazanmışdır.

2015-ci il parlament seçkilərinə Böyük Birlik Partiyası ilə ittifaq halında qatılan partiya ümumilikdə 2% səs toplayaraq parlamentə düşə bilməmişdir. 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdinə ilk etiraz edən Səadət Partiyasının 20 — yə yaxın üzvü xuntaçılar tərəfindən qətlə yetirilmişdir.

Hazırda partiyanın sədri 2016-cı ilin 30 oktyabr tarixli qurultayda seçilmiş keçmiş Rifah Partiyasından Sivas vilayət Bələdiyyəsi sədri olmuş Təməl Karamollaoğludur.

  1. [Saadet Partisi Saadet Partisi] (#bad_url) (#bare_url_missing_title). 17 Eylül 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Ocak 2020.