Məsumə Məmmədova

Məsumə Hüseyn qızı Məmmədova (1951, Naxçıvan) — AMEA-nın müxbir üzvü (2017), texnika elmləri doktoru, professor.[1]

Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi informatika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
İş yerləri AMEA, İnformasiya Texnologiyaları İnstitutu
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.[2]

1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir.

1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir.

Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir.

1999-cu ildə Bakı Dövlət Universitetində “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə «Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, texnika elmləri doktorudur.

1999-2001-ci illərdə Türkiyənin Çanaqqala şəhərində 18 mart Universitetində süni intellekt, neyron şəbəkələri, avtomatlar nəzəriyyəsi və formal qrammatikalar fənlərindən mühazirələr oxumuşdur.

2001-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

2010- cu ildə professor elmi adı almışdır.

2017- ci ildə may ayının 2-də AMEA-nın həqiqi üzvü seçilmişdir.

280-dən artıq elmi məqalənin, o cümlədən 17 monoqrafiyanın müəllifidir. Xaricdə çap edilmiş elmi əsərlərin sayı 143-dür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
  • 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Kitabları və monoqrafiyaları[redaktə | mənbəni redaktə et]

  1. М.Г.Мамедова. Тезаурус информационно-поисковый по строительству /Мамедов Н.А, Пинес В.Я.// Тезаурус. Баку, 1989 - с. 148.
  2. М.Г.Мамедова. Принятие решений на основе баз знаний с нечеткой реляционной структурой. Монография. Баку, ЭЛМ, 1997. - 296 с.ISBN 5-8066-0860-3
  3. М.Г.Мамедова. Методы организации баз знаний с нечеткой реляционной структурой /Аббасов А.М. // Монография. Баку, ЭЛМ, 1997. -256 с.ISBN 5-8066-0880-8
  4. М.Г.Мамедова. Качественный анализ и оценка техники пилотирования на основе полетной информации /З.Г.Джабраилова// Монография.Баку,АзНИИНТИ, 1998.-76 с.
  5. M.H.Məmmədova. Azərbaycan mətnlərinin avtomatik təhlili /Vəliyeva K.A.// Monoqrafiya. Bakı, 2003. - 80 s.
  6. М.Г.Мамедова. Машинный перевод: эволюция и некоторые аспекты моделирования /Мамедова З.Ю.// Монография. Баку, изд. «İnformasiya texnologiyaları», 2006, 155 с.İSBN 99-434-01-4
  7. М.Г.Мамедова. Реструктуризация предприятий и перемещение рабочей силы в Азербайджане /Гулиева Н.Г, Байрамова С.Р, Ганбаров Е.И.// Монография. Баку, Элм, 2006 - 238 с.İSBN 5-8066-1774-4
  8. M.H.Məmmədova. Ünvanlı dövlət sosial yardımı kursunun proqramı və metodiki göstərişləri /Quliyeva N.Q,Əkbərova M.Г.// Metodiki vəsait. Bakı, 2006, 101 s.
  9. M.H.Məmmədova. Azərbaycanda demoqrafik inkişafın xüsusiyyətləri və perspektiv meylləri /Məmmədov V.F, Quliyeva N.Q, Rəhimova Z.R.// Monoqrafiya. Bakı, SƏDA, 2007, 242 s.İSBN 5-86874-194-3
  10. M.H.Məmmədova. Azərbaycanda küçədə və qeyri-formal sektorda çalışan uşaqların vəziyyətinin qiymətləndirilməsi (Bakı şəhərinin timsalında) /Quliyeva N.Q.// Monoqrafiya. Bakı, 2008. - 120 s.ISBN 9952-8011-3-0
  11. M.H.Məmmədova. Əhali və inkişaf terminlərinin qısa izahlı lüğəti /Rəhimova Z.R, Məlikova N.A, Quliyeva N.Q, Məmmədova M.B, Abbasova S.Q, Məmmədova A.N.// İzahlı lüğət, Bakı, 2008. - 62 s.ISBN 5-86874-135-8
  12. M.H.Məmmədova. Əhali sakinliyi üzrə ensiklopedik lüğət /Məmmədov V.F,Mehbalıyev S.A.// Ensiklopedik lüğət. Bakı, UNFPA, 2008. – 415 s.
  13. M.H.Məmmədova. İnformasiya texnologiyaları mütəxəssislərinə tələbatın monitorinqi /Cəbrayılova Z, Manaflı M.// Monografiya. Bakı, «İnformasiya texnologiyaları» nəşriyyatı, 2009. – 198 s.İSBN:978-9952-434-15-6
  14. M.H.Məmmədova. İntellektual demoqrafik proqnoz sistemi /Cəbrayılova Z, Manaflı M.// Ekspress-informasiya.İnformasiya Texnologiyaları nəşriyyatı Bakı, 2009. 55 s.ISBN 978-9952-434-18-7
  15. M.H.Məmmədova. Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri / Cəbrayılova Z.Q.// İnformasiya Texnologiyaları nəşriyyatı, 2019. 350 s [1]
  16. M.H Mammadova.Electronic medicine: formation and scientific-theoretical problems /Zarifa Jabrayilova // Baku – 2019, 320 p.[2]
  17. М.Г.Мамедова. Интеллектуальное управление рынком труда ИТ-специалистов. "İnformasiya Texnologiyaları" 2019, 298 стр. [3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ict.az: Məsumə Məmmədova". 2013-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.
  2. "Məsumə Hüseyn qızı Məmmədova". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Vikikitabda Məsumə Məmmədova ilə əlaqəli kitablar var.