Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir.
Mətbuat prospekti | |
---|---|
Ümumi məlumatlar | |
Rayon | Yasamal |
Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır.
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |