Mətin Kərimli

Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru,[1] Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini.

Mətin Kərimli
Vəzifədədir
yanvar 2020-ci ildən
24 fevral 2014 – 31 dekabr 2019
Şəxsi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Təhsili Harvard Universiteti, Dövlət idarəetməsi(magistr)
Strasburq Universiteti, Avropa Elmləri (magistr)
Bakı Dövlət Universiteti, Beynəlxalq Əlaqələr (bakalavr)
Fəaliyyəti siyasətçi
Atası İmdad Kərimov
Uşağı üç övladı var.
Dini İslam

Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb[2].

1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb[2].

2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir[2].

24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub.

2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur. Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşıdır[1].

24 may 2023-cü il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.

İngilis, fransız, rusispan dillərini bilir[2].

Evlidir, 3 övladı var.

Mətin Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun qardaşıdır.

  1. 1 2 "Mətin Kərimli BƏT-də yüksək vəzifəyə təyin olunub — report.az saytı". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.
  2. 1 2 3 4 "Səlim Müslümova iki müavin təyin edildi — news.lent.az saytı". 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]