M142 HIMARS (ing. High Mobility Artillery Rocket System; azərb. Yüksək Mobil Artilleriya Raket Sistemi və ya azərb. Yüksək Hərəkətli Artilleriya Raket Sistemi) — ABŞ Ordusunda istifadə edilən standart Orta Taktik Maşın (Abr: MTV - ing. Medium Tactical Vehicle) olub, yük maşınının üstünə quraşdırılmış yüngül reaktiv yaylım atəş sistemidir.
M142 HIMARS | |
---|---|
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Lockheed Martin |
Konstruksiya tarixi | 1996[1] |
İstehsalçı | Lockheed Martin, BAE Systems |
İstehsal sayı | >540[2] |
Xüsusiyyətləri | |
Ağırlığı | 16250 kq[3] |
Uzunluğu |
|
Eni | 2.400 mm |
Hündürlüyü | 3.200 mm |
Ekipaj | 3 |
Mərmi | MGM-140 ATACMS |
Vikianbarda əlaqəli mediafayllar |
HIMARS altı raket və ya Orta Taktiki Maşın Ailəsi (FMTV - Family of Medium Tactical Vehicles) beş tonluq yük maşınının üstündə quraşdırılan və sursatlarının hamısı RYAS Sursat Ailəsində (Abr: MFOM - ing. Multiple Launch Rocket System Family of Munitions) daşına bilən bir sistemdir. HIMARS yarım raket yükü daşıyan MLRS M270A1 ilə əvəz edilə bilər.
Onun buraxılış qurğusu C-130 ilə daşına bilir. Şassisi FMTV OEM kimi BAE Systems Mobillik və Mühafizə Sistemi (keçmiş Armor Holdings Kosmos və Müdafiə Qrupu Taktiki Maşın Sistemləri Bölməsi) tərəfindən istehsal olunur. Raket buraxılış sistemi isə Lockheed Martin Missiles & Fire Control tərəfindən istehsal olunur.
M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) M270 RYAS-ın (MLRS - Multiple Launch Rocket System) yüngül təkərli versiyasıdır. Bir pod altı raket və ya bir ədəd döyüş raketi daşıya bilər. Pəncərələri şüşə və sapfir qarışığından istehsal edilmişdir.[4]
Şimali Karolinada yerləşən Fort Bragg XVIII Artilleriya Briqadası (Desant) M142 HIMARS sisteminin orduda test edildiyi ilk məntəqə olmuşdur. C batareyasının, III batalyonunun, XVII artilleriya alayının Ani Qüvvə Proyeksiya Təşəbbüsünün (RFPI - Rapid Force Projection Initiative) Qabaqcıl Texnologiyaların Konsepsiya Nümayişi (ACTD - Advanced Concept Technology Demonstration) bir qalıq kimi 1998-ci ildə təlim tədbirləri və situasiyaları ilə hər cür sahə sınaqlarına 3 ədəd HIMARS prototipi ilə başlamışdır. 2002-ci ildə Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusu 40 sistem əldə etmək üçün Birləşmiş Ştatların Ordusu ilə müqavilə bağlamışdır. 2005-ci ildə isə ilk dəfə olaraq meydanlarda görünməyə başlamışdırlar. 2007-ci ilin iyul ayında Oklahoma ştatının Oklahoma şəhərinin Foks batareyasının II batalyonunun XIV dəniz alayının tərkibində gələn bölmə İraqın Əl-Ənbar əyalətinə yerləşdirilmişdir. Bu, HIMARS-ı döyüşdə istifadə edən ilk dəniz bölməsidir.
O, həm HIMARS artilleriya raketləri, həm də AMRAAM zenit raketlərinin yerüstü törəməsi üçün ümumi buraxılış qurğusu kimi sınaqdan keçirilmişdir.[5]
HIMARS-a olan tələb 1982-ci ildə, 9-cu Piyada Diviziyasının (Motorlaşdırılmış) əks-atəş aktivi kimi yüngül reaktiv yaylım atəşi sistemi əldə etmək zərurətini gördükdə meydana çıxmışdır. Tələb Sahə Artilleriya Məktəbindən dəstək əldə edə bilmədi və bir neçə il zəiflədi.[6] O dövrdə institusional hədəf ağır qüvvələrə yönəldilmişdi.[7] Soyuq müharibənin zəifləməsi və aşağı intensivlikli əməliyyatlara marağın artması ilə həm Sahə Artilleriya Məktəbi, həm də Raket Komandanlığı M270 MLRS-nin sürətli yerdəyişmə üçün çox ağır olduğunu başa düşmüş və HIMARS-ın maliyyələşdirilməsinə təkan vermişdir.[6][8]
Körfəz müharibəsində M270-in döyüş meydanlarına aviasiya vasitəsilə gətirilməsinin çox baha başa gəlməsinin başa düşülməsi, ABŞ qoşunlarının ilkin dalğasının döyüş meydanlarında olduğu halda, bu silahların buraxılış qurğularının döyüş meydanlarına hələ gəlib çıxa bilməməsi yüngül çəkili MLRS-nin yaradılmasına yeni təkan vermişdir.[9] 1991-ci ilin aprel ayında HIMARS konsepti dəyişdirilmiş Honest Con buraxılış qurğusundan istifadə edilməklə Uayt Sands Raket Poliqonunda sınaqdan keçirilmişdir.[10]
HIMARS daha sonra bu tələbi yerinə yetirmək üçün Loral Vought Systems, daha sonra isə Lockheed Martin Missiles and Fire Control tərəfindən xüsusi bir müəssisə kimi hazırlanmışdır. Sistem ilk dəfə 1993-cü ildə ictimaiyyətə təqdim edilmişdir. 1996-cı ildə ABŞ Ordusunun Raket Komandanlığı Lockheed Martin ilə dörd prototipin yaradılması üçün 23,2 milyon dollarlıq müqavilə imzalamışdır. 1998-ci ilin aprel ayında maşınlar III batalyonun XVII Sahə artilleriya alayının iki illik qiymətləndirməsi üçün XVIII Aviasiya Desant Korpusuna təhvil verilmişdir.[11]
1998-ci ilin iyul ayında Ordu ATACMS-nin sınaq atışını həyata keçirmişdir. 1999-cu ilin dekabr ayında Aviasiya və Raket Komandanlığı Lockheed Martin ilə raketin mühəndisliyinin və istehsalatının inkişafı üçün 65 milyon dollarlıq müqavilə imzalamışdır. Bu müqaviləyə əsasən, Lockheed Martin 2001-ci ilin sonunda Ordunun qiymətləndirilməsi üçün altı ədəd HIMARS təhvil vermişdir. 2003-cü ilin aprel ayında Ordu Lockheed Martin ilə aşağı səviyyəli ilkin istehsala başlamaq üçün 96 milyon dollarlıq müqavilə imzalamışdır. Təxminən bu vaxtlarda Dəniz Piyadaları qiymətləndirmə məqsədilə bu raketlərdən 40 ədəd sifariş vermişdir.
Buraxılış qurğusu və şassi 2019-cu ildən etibarən Arkanzas ştatının Camden şəhərində şəhərində yerləşən Lockheed Martin Missiles & Fire Control tərəfindən istehsal edilir.[12]
14 fevral 2010-cu il tarixində Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (ISAF - International Security Assistance Force) mətbuata açıqlamasında bildirmişdir ki, HIMARS bölməsindən atılan iki raket nəzərdə tutulmuş hədəfdən 300 metr yan keçmiş və Müştərək əməliyyatı (ing. Operation Moshtarak) zamanı 12 mülki şəxs həlak olmuşdur.[13] ISAF hadisə nəticəsində mülki şəxslərin baş vermiş ölümlərindən sonra HIMARS-ın istifadəsini tədqiqatların tam olaraq baş çatmasına qədər dayandırmışdır. İngilis zabiti daha sonra raketlərin hədəfində olan ərazinin Taliban tərəfindən istifadə edildiyini və vurulmuş mövcud hədəfin Taliban tərəfindən yenidən istifadə edildiyini bildirmişdir.[14] Hesabatlar nəticəsində məlum olmuşdur ki, mülki şəxslərin öldürüldüyü işğal edilmiş yaşayış yeri Taliban tərəfindən istifadə edilmişdir.[15] Bu yerdə mülki şəxslərin olması İSAF qüvvələrinə məlum olmamışdır.[16]