MKE Uğur 44

Türkiyənin ilk yerli təlim təyyarəsi olan MKE Uğur 44, 1954-cü ildə Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi tərəfindən istehsal olunmağa başlanmışdır[2]. Onun istehsal məqsədi Türkiyə Hərbi Hava Qüvvələri üçün hərbi pilotlar hazırlayan Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının uçuş məktəbində hərbi təlim təyyarəsi kimi xidmət etmək idi[3]. Bu çərçivədə 1955-1957-ci illərdə kütləvi istehsala başlanılmış və bu müddət ərzində cəmi 57 təyyarə istehsal edilmişdir[4]. İlk missiya uçuşunu 1955-ci ildə edən MKE Uğur 44 təyyarəsi 1962-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrində son missiya uçuşunu həyata keçirmişdir[5]. Lakin 1969-cu ilə qədər Türk Hava Təşkilatının tərkibində uçuşlarını davam etdirmişdir[6].

MKE Uğur 44
MKE Uğur 44
Tipi Hərbi təlim təyyarəsi
İstehsalçı Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi
İlk uçuş 1955[1]
İstismara verilmə tarixi 1955[1]
İstimarının bitmə tarixi 1962[1]
Status İstehsalı və istifadəsi dayandırılmışdır
İstismarçılar Türkiyə Hərbi Hava Qüvvələri
İstehsal ili 1955-1957
Buraxılış sayı 57

Texniki məlumatlar[5][redaktə | mənbəni redaktə et]

Ekipaj Sayı: 2

Mühərrik: Tək mühərrikli - Gipsy

Mühərrik Gücü: 145 HP

Qanad uzunluğu: 9.50 m

Uzunluq: 7.50 m

Hündürlük: 2.16 m

Maksimal yükgötürmə qabiliyyəti: 923 kg

Maksimal sürət: 216 km/h

Maksimal mənzil: 512 km

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Arxivlənmiş surət". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
  2. "Arxivlənmiş kopya". 15 iyun 2020 tarixində orijinalından arxivləşdirilib.
  3. "Arxivlənmiş kopya". 11 sentyabr 2019 tarixində arxivləşdirilib.
  4. https://c4defence.com/magazines/tr-44/files/assets/basic-html/page29.html[ölü keçid]
  5. 1 2 https://www.savunmasanayiidergilik.com/tr/HaberDergilik/Turkiye-nin-ilk-askeri-egitim-ucagi-MKEK-44-Ugur (#bare_url_missing_title). 25 yanvar 2020 tarixində arxivləşdirilib.
  6. "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.