Macarıstanda Qırmızı Terror (mac. vörösterror) — 1919-cu ildə yaradılmış olan Macarıstan Sovet Respublikasının dörd ay davam etmiş hakimiyyəti dövründə antikommunist şəxslərə tətbiq edilən qırmızı terror. Sovet Rusiyasında həyata keçirilmiş olan Qırmızı terror ilə həm məqsəd, həm də təsir baxımından eyni olduğuna görə eyni ad ilə adlandırılmışdır. Qısa bir zaman sonra Rusiyada olduğu kimi kommunistlərə qarşı ağ terror başladılmışdır.
İqtidara gələn Kommunistlər, iqtidara gəlmələrindən iki ay sonra Macarıstanın sərhədlərini Birinci Dünya müharibəsindən əvvəlki halına qaytarmağa çalışdılar. Birinci olaraq Çexoslovakiyaya girdilər. Slovakiyaya girərək burada Slovak Sovet Respublikası adlı dövlət yaratdılar. Hücumun uğursuz olmasından sonra Rumıniyaya aid olan, ancaq Macar əhalinin üstünlük təşkil etdiyi Transilvaniyayı geri almaq üçün hücuma başladılar. Ancaq bu hücumda uğursuzluğa düçar oldu. Bu uğursuzluqlar xalqın kommunistlərə olan dəstəyinin azalmasına səbəb oldu. Bundan sonra Sosial demokratlar, 24 iyunda hakimiyyəti devirmək üçün çevriliş etməyə çalışdılar. Çevriliş uğursuzluq ilə nəticələnir və kommunistlər müxalifəti yox etmək üçün Qırmızı terrora başlayırlar.
Georg Lukács [1] və Tibor Szamuely [2] kimi mütəfəkkirlər İnqilabi Terroru sistemini müdafiə edirdilər. Tibor Szamuely, “Qırmızı Qəzet” qəzetində yazmış olduğu məqaləsində bunu açıq şəkildə göstərirdi. József Cserny, dövlətin iqtidarda olmadığı Macarıstanın ucqar bölgələrində əks-inqilabi fəaliyyət göstərənləri axtarıb-tapmaq üçün Lenin oğlanları adlı (Lenin-fiúk) təxminən 200 nəfərlik dəstədən ibarət olan bir qrup yaratdı. Oxşar qruplar Budapeştdə də yaradılmışdı.
İnqilab məhkəmələr, inqilaba qarşı cinayət etmiş olan cinayətkarları mühakimə etmək üçün yaradılmışdı. Bu məhkəmələrin qərarı ilə 590 şəxs edam edilmişdir. Ancaq bəzi mənbələrdə edam edilənlərin sayının 370 ilə 587 arasında olduğu göstərilir.
1919-cu ilin avqust ayında Rumıniya Silahlı Qüvvələri Budapeşt şəhərinə daxil olmuş və Macarıstan Sovet Respublikasını süquta uğratmışdır. İnqilabın lideri olan Bela Kun, Sovet Rusiyasına qaçdı; Tibor Szamuely Avstriyaya qaçdı, ancaq orada ələ keçirilmiş və edam edilmişdir. Jozsef Cserny 1919-cu ilin noyabr ayında ələ keçirilmiş və mühakimə olunmuşdur. Macar vəkillər onu müdafiə etməkdən imtina etmiş, bu səbəbə görə də, vəkil məhkəmə tərəfindən verilmişdir. Dekabr ayında edam edilmişdir.
Qırmızı Terrorun, Macarıstanda Kommunist rejimin çökməsi ilə əks-inqilabi hərakat prosesi başladı. Kommunistlərə qatılmış, onlarla əməkdaşlıq etmiş və yaxud da, onlara simpatiyası olan insanlar, həmçinin yəhudilərə qarşı ölkədə Ağ terror həyata keçilmişdir. Ağ terror qırmızı terrora görə daha qəddar, genişmiqyaslı və fərq qoyulmadan həyata keçirilmişdir.