Madatapa gölü

Madatapa (gürc. მადათაფა) — Gürcüstanın cənubunda göl. Madatapa gölü Samtsxe-Cavaxeti diyarının Ninotsmind bələdiyyəsinin ərazisində yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 2108 metr olan göl Cavaxetiya silsiləsinin cənub-şərq hisəsindədir[1][2]

Madatapa
gürc. მადათაფა
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2108 m
Sahəsi 8,78 km²
Həcmi 0,00966 km³
Dərin yeri 1,7 m
Orta dərinliyi 1,5 m
Tökülən çay Küryançay
Axan çay Koçki
Yerləşməsi
41°10′46″ şm. e. 43°46′59″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Madatapa xəritədə
Madatapa
Madatapa
Madatapa xəritədə
Madatapa
Madatapa

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Göl səthinin ümumi sahəsi 8,78 km², orta dərinliyi — 1,5 metr, maksimal dərinliyi isə 1,7 metrdir.[2] Göl suyunun həcmi — 9,66 milyon m³-dir[1]. Göl yeraltı, qaryağış suları ilə qidalanır. Göl çuxuru lava axınlarının çay dərəsinin qarşısını kəsməsi nəticəsində yaranıb. Ətraf ərazilər əsasən vulkanik süxurlardan təşkil olunub. Ərazidə qara və dağ-çəmən torpaqları üstünlük təşkil edir.

Madatapa gölünə Küryançay tökülür. Çay öz başlanğıcını Cavaxetiya silsiləsindən götürür. Çayın su toplayıcı sahəsi — 136 km²-dir.[1] Madatapa gölünün su səviyyəsi yaz aylarında maksimum olur. Ən aşağı səviyyə isə qışda müşahidə olunur. Şirinsulu olan göldən Koçki çayı çıxır. Koçki çayı ilə yanaşı göldən yeraltı sular da çıxır. O üzdən gölün səviyyəsi kəskin dəyişir.

Yay aylarında göl suyunun temperaturu 17–18 °C arasında olur. Qışda göl suyu tam olaraq donur. Gölün suyu az minerallaşıb. Göl sahilləri hündür olmayıb əsasən su bitkiləri ilə örtülüb.

Gölün demək olar ki, heç bir təsərrüfat əhəmiyyəti yoxdur. Göldə balıq yoxdur. Yayda göl su quşlarının sığınacaq yerinə çevrilir. Göl sahilində Efremovka, Jdanovakani və Sameba kəndləri var. Madatapa gölü Madatapa qoruğunun bir hissəsidir. Qoruğun ümumi sahəsi 320 hektardır.

8 iyul 2020-ci ildə Madatapa gölü Ramsar konvensiyasının su-bataqlıq əraziləri siyahısına əlavə olunub.[3]

  1. 1 2 3 "Базисная исследование Ниноцминдского муниципалитета" (PDF). w3.cenn.org (gürcü). 2018-11-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-12.
  2. 1 2 Апхазава И. С. Грузинская советская энциклопедия (gürcü). 1983. 340–341.
  3. "Madatapa Lake | Ramsar Sites Information Service". rsis.ramsar.org. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.