Madison

Madison[10][11] (ing. Madison) — ABŞ-də şəhər, Viskonsin ştatının inzibati mərkəzi. Əhalisi 258,054 nəfərdir (2018), Viskonsin ştatının Milvaukidən sonra ikinci, ABŞ-də isə 81-ci ən böyük şəhəridir. Şəhərətrafı ərazilərdə əhalinin sayı 654 min nəfərdən çoxdur.

Madison
Madison
Bayraq[d]
Bayraq[d]
43°04′29″ şm. e. 89°23′03″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1836[1][2]
Sahəsi
  • 243,830589 km²[4]
  • 243,540677 km² (1 aprel 2010)[5]
  • 198,882058 km² (1 aprel 2010)
  • 44,658619 km² (1 aprel 2010)
  • 261,498091 km² (1 aprel 2020)[6]
  • 206,086955 km² (1 aprel 2020)
  • 55,411136 km² (1 aprel 2020)
Mərkəzin hündürlüyü 287 m[7], 873 ± 1 Fut[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 269.840 nəf. (1 aprel 2020)[8][9]
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 608
Poçt indeksi 53701–53794, 53701, 53705, 53707, 53712, 53716, 53719, 53720, 53722, 53726, 53728, 53730, 53734, 53737, 53739, 53740, 53743, 53746, 53748, 53750, 53756, 53761, 53764, 53766, 53768, 53771, 53774, 53778, 53780, 53783, 53787, 53790, 53793
Digər
cityofmadison.com
Xəritəni göstər/gizlə
Madison xəritədə
Madison
Madison
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madison ilk dəfə 1836-cı ildə keçmiş federal hakim Ceyms Doti yeni bir şəhər qurmaq niyyətində olan Mendota və Monona gölləri arasındakı bərzəxdə təxminən 1000 akr (4 km²) bataqlıq və meşəlik alanda xatırlandı. O, Viskonsin ərazisinin paytaxtını Belmontdan ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adına yeni şəhərə köçürmək üçün güclü lobbiçilik etdi. Noyabrın 28-də şəhərin yalnız kağız üzərində mövcud olmasına baxmayaraq, Madison əlverişli coğrafi mövqeyi sayəsində Viskonsinin paytaxtı oldu. 1837-ci ildə Viskonsin Kapitolunda tikinti başladı. Qanunverici orqanın ilk iclası 1838-ci ildə baş tutdu. 1846-cı ildə Madison yalnız 626 nəfərdən ibarət bir qəsəbə idi. 1848-ci ildə Viskonsin ştata çevrildikdə, Madison onun paytaxtı oldu və Viskonsin-Medison Universitetinin əsası qoyuldu. 1854-cü ildə Madisonu Miluauki ilə birləşdirən bir dəmir yolu inşa edildi. 1856-cı ildə Madison 6863 nəfər əhalisi olan bir şəhər statusu aldı. 1869-cu ildə ikinci kapitol tikildi, 1904-cü ildə baş vermiş yanğın nəticəsində ciddi ziyan gördü. 1906-cı ildə yeni kapitol binasının tikintisinə başlanılmış və 1917-ci ildə tamamlanmışdır.[12]

2018-ci il iyulun 1-nə əhalinin sayı 258 054 nəfər olub.

2011-ci ildən:

  • ağlar - 78,9%
  • afroamerikalılar - 7,3%
  • asiyalılar - 7,4%
  • ispanlar (bütün irqlər) - 6,8%

Adambaşına düşən orta illik gəlir 2000-ci ildə 23,498 dollar təşkil etmişdir. Əhalinin orta yaşı 30,9-dur. Cinayət nisbəti ABŞ-dəki orta göstəricidən bir qədər aşağıdır.

Siyasi baxımdan, Madison XX əsrin ortalarından bəri Demokratlar Partiyasının qalası olmuşdur.

  1. How Madison Became a City. Wisconsin Historical Society.
  2. Getty Research Institute Getty Thesaurus of Geographic Names (ing.). LA: Getty Research Institute, 1997.
  3. 1 2 3 4 5 Geographic Names Information System (ing.).
  4. United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
  5. United States Census 2010.
  6. Gazetteer Files – 2020. ABŞ əhalinin siyahıya alınması bürosu.
  7. https://it-ch.topographic-map.com/map-mwh4nh/Madison/?zoom=19&center=43.07238%2C-89.38248&popup=43.07242%2C-89.38246.
  8. Explore Census Data – Madison city, Wisconsin. ABŞ əhalinin siyahıya alınması bürosu.
  9. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  10. Соединенные Штаты Америки // Атлас мира / сост. и подгот. к изд. ПКО «Картография» в 2009 г. ; гл. ред. Г. В. Поздняк. — М. : ПКО «Картография» : Оникс, 2010. — С. 168—169.
  11. Ма́дисон Arxivləşdirilib 2022-12-18 at the Wayback Machine // Словарь географических названий зарубежных стран / Отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 210.
  12. "Capitol History" (HTML). tours.wisconsin.gov. 2015-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.