Madonna–məşuqə kompleksi

Madonna–fahişə kompleksi və ya Madonna–məşuqə kompleksipsixoanalitik ədəbiyyata görə, sədaqət və sevgi dolu bir romantik münasibətdə seksual oyanışı qoruyub saxlaya bilməmək.[1] İlk dəfə bunu psixi impotensiya adlandıran Ziqmund Freyd tərəfindən müəyyən edilmiş bu,[2] qadınları müqəddəs Madonnalar və ya alçaldılmış fahişələr kimi görən kişilərdə inkişaf edən psixoloji kompleksdir. Bu kompleksə malik olan kişilər hörmətli partnyoru (Madonna) arzulaya bilmirlər və alçaldılmış (fahişə) seksual partnyor istəyirlər.[3] Freyd yazmışdır ki, "belə kişilər sevən zaman istəkləri olmur, istədikləri olanda zaman isə sevə bilmirlər".[4] Klinik psixoloq Uve Hartmann 2009-cu ildə yazmışdır ki, kompleks "bugünkü pasiyentlərdə hələ də çox yayılmışdır".[3]

Freyd iddia edirdi ki, Madonna–fahişə kompleksi kişi ehtirasındakı şəfqət və seksual cərəyanlar arasındakı parçalanmadan qaynaqlanır.[5] Edipkastrasiya qorxuları keçmiş insestual obyektlərə duyulan məhəbbətin şəhvani formada arzulanan qadınlara bağlanmasını qadağan edir: "Belə insanlarda bütün sevgi sferası incəsənətdə müqəddəs və qeyri-müəyyən (və ya heyvani) sevgi kimi təcəssüm etdirilən iki istiqamətdə bölünür".[5] Bir kişi hiss etdiyi təşvişi minimuma endirmək üçün qadınları iki qrupa ayırır: heyran ola biləcəyi qadınlar və seksual cəhətdən cazibədar hesab etdiyi qadınlar. Kişi əvvəlki kateqoriyada olan qadınları sevdiyi halda, ikinci qrupa nifrət edir və onları dəyərsizləşdirir.[6]

Başqa bir nəzəriyyə iddia edir ki, Madonna–fahişə kompleksi individual kişilərin inkişaf qüsurlarından deyil, qadınların mifologiyadaİbrahim teologiyasında ya Madonna, ya da fahişə kimi təqdim edilməsindən irəli gəlir.[7]

Feminist baxış bucağında

[redaktə | mənbəni redaktə et]

Feminist nəzəriyyə iddia edir ki, kişilər tərəfindən yazılmış mədəniyyət (MWC) qadınların seksual muxtariyyətini utandırır, gender stereotiplərini gücləndirməklə və kişilərə hakimiyyəti saxlamağa imkan verməklə patriarxal normaları davam etdirir.[8] Seksual ssenari nəzəriyyəsi, sosioloqlar Vilyam SaymonCon Qaqnon tərəfindən müzakirə edildiyi kimi, təklif edir ki, bu ssenarilər əsasən heteroseksual kişilər tərəfindən yazılmışdır, kişiləri təsadüfi seksual əlaqəyə üstünlük verən seksual təqibçilər, qadınları isə münasibətdaxili seksuallığa üstünlük verən qapıçılar kimi təsvir edir.[9]

Kinematoqrafiyada Alfred Hiçkok Madonna–fahişə kompleksindən qadınları təmsil etmək üçün vacib bir üsul kimi istifadə etmişdir.[10] Robert De Niro Martin Skorsezenin "Taksi sürücüsü" və "Qızğın buğa" filmlərində hər ikisi Madonna–fahişə kompleksini nümayiş etdirən seksual ehtiraslı qəhrəmanları calandırmışdır.[11][12]

  1. Kaplan, Helen Singer. "Intimacy disorders and sexual panic states". Journal of Sex & Marital Therapy. 14 (1). 1988: 3–12. doi:10.1080/00926238808403902. PMID 3398061.
  2. W. M. Bernstein, A Basic Theory of Neuropsychoanalysis (2011) p. 106
  3. 1 2 Hartmann, Uwe. "Sigmund Freud and His Impact on Our Understanding of Male Sexual Dysfunction". The Journal of Sexual Medicine. 6 (8). 2009: 2332–2339. doi:10.1111/j.1743-6109.2009.01332.x. PMID 19493285.
  4. . JSTOR Freud Sigmund Freud.
  5. 1 2 Sigmund Freud, On Sexuality (PFL 7) p. 251
  6. Tuch, Richard (2010). "Murder on the Mind: Tyrannical Power and Other Points along the Perverse Spectrum". The International Journal of Psychoanalysis 91 (1): 141-162. DOI:10.1111/j.1745-8315.2009.00220.x.
  7. Feinman, Clarice. Women in the criminal justice system. Westport, CT: Praeger, 1994, pp. 3–4, ISBN 978-0-275-94486-5.
  8. Bareket, Orly; Kahalon, Rotem; Shnabel, Nurit; Glick, Peter. "The Madonna-Whore Dichotomy: Men Who Perceive Women's Nurturance and Sexuality as Mutually Exclusive Endorse Patriarchy and Show Lower Relationship Satisfaction". Sex Roles (ingilis). 79 (9–10). 2018: 519–532. doi:10.1007/s11199-018-0895-7. ISSN 0360-0025.
  9. APCC, Brooke Brownlee. "The Psychology of the Madonna Whore Complex". Modern Intimacy (ingilis). 2022-08-11. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  10. Gay, Volney P. Joy and the Objects of Psychoanalysis: Literature, Belief, and Neurosis. SUNY series in psychoanalysis and culture. Albany: State University of New York Press. 2001. səh. 109. ISBN 978-0-7914-5099-4.
  11. TAXI DRIVER - Commentary by Martin Scorsese & Paul Schrader (ingilis), 18 minutes in, Archived from the original on 2021-05-11, İstifadə tarixi: 2021-05-11
  12. Ebert, R. (1976, 7 March). Interview with Martin Scorsese | Interviews | Roger Ebert Arxivləşdirilib 2021-09-15 at the Wayback Machine.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Freud, Sigmund. A Special Type of Choice of Object Made by Men, pages 165–175 // The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud. XI. London: Hogarth Press. 1957. 179–190. ISBN 978-0-7012-0067-1. On the Universal Tendency of Debasement in the Sphere of Love
  • Bareket, O., Kahalon, R., Shnabel, N., & Glick, P. (2018). The Madonna-Whore Dichotomy: Men who perceive women's nurturance and sexuality as mutually exclusive endorse patriarchy and show lower relationship satisfaction. Sex Roles, 79, 519-532. https://doi.org/10.1007/s11199-018-0895-7
  • Kahalon, R., Bareket, O., Vial, A. C., Sassenhagen, N., Becker, J. C., & Shnabel, N. (2019). The Madonna-whore dichotomy is associated with patriarchy endorsement: Evidence from Israel, the United States, and Germany. Psychology of Women Quarterly, 43(3), 348-367. https://doi.org/10.1177/0361684319843298
  • Klein, V., Kosman, E., & Kahalon, R. (2023). Devaluation of Women’s Sexual Pleasure: Role of Relationship Context and Endorsement of the Madonna-Whore Dichotomy. Sex Roles, 1-15. https://doi.org/10.1007/s11199-023-01424-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]