Mahaçqala mayakı

Mahaçqala mayakı və ya Petrovski mayakıDağıstan Respublikasının paytaxtı Mahaçqalada fəaliyyət göstərən mayak. Mayak binası 1862-ci ildə istismara verilmişdir.[1]

Mahaçqala mayakı
Mahaçqala mayakı
Mahaçqala mayakı
Ölkə
Su hövzəsi Xəzər dənizi
Yerləşir Mahaçqala, Əmirxanov küçəsi, 20 Dağıstan
Tikilmə tarixi 1862
Tikinti materialı daş
Hündürlüyü 27 m
Diapazon əsas:
Map
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda mayak Kirovski rayonu, Əmirxanova küçəsi, 20 ünvanında yerləşir. Mayakın binası şəhərin ən görməli binalarında sayılır. Bina Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irs obyekti olaraq qorunur.[2][3]

}}</ref>[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Xəzərdə mayakların inşasının təşəbbüskarı Qafqaz canişini Mixail Vorontsov olmuşdur.[5]

Petrovski qalasındakı ilk mayak, 1852-ci ildə Tarkovskaya Gorada da, əfsanəyə görə, Rusiya imperatoru I Pyotrun Port-Petrovsk qalasının təməlinə ilk daşı qoyduğu yerdə inşa edilmişdir.[6] Mayak əvvəlcə ağ bir qüllə idi. O, dəniz səviyyəsindən 75 metr yüksəklikdə yerləşirdi. Onun üzərində səkkiz lampanın işığını reflektorlar tərəfindən gücləndirilərək, işığın görünmə məsafəsini 18 milə çatdıran müxanizm qurulmuşdu.

Yeni qüllə[redaktə | mənbəni redaktə et]

Şəhərin və limanın inkişafı ilə mayak şəhərin ən görkəmli və diqqət çəkən binası olmağı dayandırdı və 1866-cı ildə Xəzər Donanmasının Hidroqrafik hissəsinin nəzarəti altında yeni, daha uğurlu bir yerdə[7] Anji-Arka dağında yenidən quruldu.[5]

Yeni qüllənin hündürlüyü 27 metr (dəniz səthindən təxminən 80 metr yüksəklikdə), mayak işığının görünürlüyü 15 mil idi. 1895-ci ildə mayakın parlaqlığı artırıldı, mayak işığı daha yüksək yerdə quruldu. XX əsrin əvvəllərində mayak ilin istənilən vaxtında aydın görünən ağ fonda qırmızı zolaqlar ilə boyanmışdır. 1912-ci ildə kerosin brülörlərini yağ lampaları əvəz etdi və 1928-ci ildə asetilen işıqlandırma tətbiq edildi.

Süleyman Stalski Bulvarındakı Petrovski mayakının surəti.

İkinci Dünya müharibəsinin başlaması ilə mayak söndürüldü və yalnız 1944-cü ildə işə salındı. Mayak 1990-cı illərdə (iki ay ərzində) elektrik borcunu ödəmədiyi üçün söndürüldü.[8]

XX əsrin sonunda bərbad vəziyyətdə olan bina yenidən təmir edildi. 2008-ci ildə mayakda 24 mil məsafəyə qədər görünən ağ yanıb-sönən işıq quraşdırıldı. Mayak tam avtomatlaşdırılmışdır[9] və tək bir işçi — naviqasiya avadanlıqlarına kömək istehsal qrupunun rəhbəri tərəfindən idarə olunur.[8] 2014-cü ildə mayakda avadanlıqlara texniki qulluq işləri aparılmış və modernləşdirilmiş işıq-optik qurğular quraşdırılmışdır.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Махачкалинский (Петровский)" (rus). Маячник. Маяки России и мира | Фонд. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  2. "Радушная Махачкала". Страна.ру. 2019-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  3. "18 достопримечательностей Махачкалы с фото и описаниями". 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  4. "29 лучших достопримечательностей Махачкалы". 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  5. 1 2 "АО «Махачкалинский морской торговый порт» — История" (rus). 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  6. "Петровский маяк в Махачкале, Махачкала". turizm.sputnik.ru. 2019-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  7. "Махачкалинский маяк". www.culture.ru. 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  8. 1 2 "Махачкалинский маяк – о мифах старейшего сооружения Дагестана". WelcomeDagestan.ru. Ваш путеводитель по Дагестану. 2013-11-30. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  9. "Махачкалинский маяк: описание, фото, видео, экскурсии, как добраться". WelcomeDagestan.ru. Ваш путеводитель по Дагестану. 2017-12-11. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-20.
  10. "Специалисты гидрографической службы Каспийской флотилии модернизировали 5 световых маяков в российском секторе Каспия". Минобороны России. 25.09.2014. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • История моего города. Махачкала. Махачкала. 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]