Mahal İsmayıloğlu (tam adı: Mahal İsmayıl oğlu Sadıqov); 22 yanvar 1957, Evli, Kalinino rayonu – 28 avqust 2015, Bakı) — Azərbaycanlı tanınmış jurnalist.
Mahal İsmayıloğlu | |
---|---|
"Xalq qəzeti"nin baş redaktoru | |
Oktyabr 1995 – Aprel 2002 | |
Əvvəlki | Tofiq Rüstəmov |
Sonrakı | Həsən Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 yanvar 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 2015 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. Evli kəndində kənd səkkizillik məktəbini və 1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirmişdir.[1] 1975–1977-ci illərdə hərbi Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Orduda xidmət edəndə Sakit Okean donanmasının "Boyevaya vaxta" qəzetində işə dəvət olunub. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır.
Safura xanım ilə evlənmişdir. Aysel, Ayan adlı iki qızı və Tural adlı bir oğlu var.[2]
Xəstəliyi ilə bağlı uzunmüddətli müalicələr almışdır. O, ən son 2014-cü ilin aprel ayında Türkiyənin Qaziantep Universiteti Tibb fakültəsində müalicə almışdır.[3] 2015-ci ilin avqust ayının 28-də müalicə aldığı xəstəxanada böyrəkləri funksiyasını itirib və saat 13:20-də vəfat etmişdir.[4][5] Ramana qəbristanlığında dəfn edilib.
Mahal İsmayıloğlu 1982–1984-cü illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı" qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984–1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor işləyib. 1987–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan "Aydınlıq" qəzetində çalışıb. Bu qəzetin yaradıcılarından biri olub. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti"nin baş redaktoru işləyib.[1]
"Yeni Musavat" qəzetinin köşə yazarı olub. Ara-sıra "Azadlıq" qəzetində də məqalələri dərc olunub.
Mahal İsmayıloğlu Həsən bəy Zərdabi mükafatı və "Qızıl qələm" mükafatı ilə təltif olunmuşdur.[1]
2008-ci ildən mətbuatda gedən yazılarına görə hakimiyyətin təqiblərinə məruz qalır. Qondarma ittihamlarla 2009-cu ilin iyulunda 2 illik şərti cəza kəsilib.