Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Mahirə Cəfərova
Mahirə Cəfərova | |
---|---|
Mahirə Səməd Qızı Cəfərova | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Rejissor,ssenarist,pedaqoq |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Mahirə Cəfərova — Sumqayıt şəhərində anadan olub. Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin Fortepiano fakültəsində 1982–1986, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının Fortepiano şöbəsində (1986–1991), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində (1991–1996) təhsil alıb.1998-ci ildə "Mir" Dövlətlərarası Teleradio şirkətində rejissor assistenti, rejissor işləyib.
Burada işlədiyi illərdə "Фонд друзья культуры Азербайджана", "Талышский этнос", "Скальпель и перо", "11 эпитетов Расима Оджагова", "Писатель", Живой классик", "Лицо без грима", "Məhəbbət və musiqi", "Ceyhun musiqisi", "Güllər aləmində", "Mübariz" və s. sənədli filmlərin rejissoru olub. 2002–2004-cü illərdə "Lider" televiziyasında rejissor işləyib, "Bizim muzey" və "Caz time" verilişlərinin rejissoru olub. 2007–2015-ci illərdə AzTV-də musiqi redaksiyasında rejissor işləyib. 2015–2019-cu illərdə İctimai TV-də quruluşçu rejissor işləyib, "Caz saatı" və "Soundtrack" verilişlərinin müəllifi və rejissoru olub. Burada çəkilən "Ömrün rəngləri" (Tofiq Bakıxanov), "Nur adımdı işıq andım" (Paşa Qəlbinur) sənədli filmlərinin ssenari müəllifi və rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (2003–2012). Hazırda Azərbaycan televiziyasında çalışır və "Saundtrek" verilişinin həm müəllifi rejissorudur.