Quliyeva Mahirə Həmid qızı 1950-ci ildə may ayının 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mahirə Quliyeva 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirmiş, 1973-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1984-cü ildə tanınmış şərqşünas, folologiya elmləri doktoru, professor Rüstəm Əliyev in rəhbərliyi ilə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyası, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Hazırda öz elmi fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində davam etdirir və həmin şöbənin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Onun elmi yaradıcılığı Azərbaycan filologiyasında indiyədək ilkin qaynaqlar əsasında öyrənilməmiş Şərq poetikası və üslubiyyat nəzəriyyəsinin mühüm qaynağı sayılan bəlağətin əsaslarının tədqiqinə yönəlib.
M.H.Quliyevanın 120-dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, 12 ildən artıq elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
"Klassik ədəbiyyatda Quran üslubu (Allahın ad və sifətlərinə işarə)".Bakı-2001
"Azərbaycan ədəbiyyatşünaslığının nəzəri problemlərinə yeni baxış". "Səda". Bakı-2006
"Quran bəlağətinin ümumi özəllikləri". "Nikmət"N18., 2011
"Quran söz möcüzəsi kimi".Bakı-Nurlan-2011
"Aşıq Ələsgər yaradıcılığında merac"."Nikmət"Elmi araşdırmalar toplusu19.İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzi.2012
"Klassik Şərq ədəbiyyatşünaslığının terminologiyası".Elmi konfrans.Bakı-2012
"Nizaminin "Sirlər xəzinəsi" və Quran üslubu". "Elm". Bakı-2013
"Nizami Gəncəvinin münacatlarına ümumi baxış".Elmi konfrans. Bakı-2013
"Yunus Əmrə yaradıcılığının poetikasından". "Elm və təhsil" .Bakı-2013
"Quran motivlərinin yazılı irsdən dastanlara nüfuzu". Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri. Bakı-2013
"Мифтах-ал-улум" как логическое завершение в изучении теории литературы Востока. Çağımızdan görünən orta əsrlər. II Beynəlxalq elmi konfrans. Bakı-2014
"Füzuli yaradıcılığının mənəvi qaynağı". "Elm və təhsil". Bakı-2014
"Aşıq Ələsgər yaradıcılığında klassik ənənələrdən istifadə". "Poetika.İzm"."Poetika".Az-2014
"مفتاح العلوم" باعتباره ختاما لدراسة نظرية أدب الشرق Misir -2014.,
"Ашугское творчество и классическое наследие в контексте художественности восточной теоретической системы". Научные исследования в сфере гуманитарных наук: открытия XXI века. Пятигорск- 2015
"Quran ən zəngin bəlağət xəzinəsi kimi". İran-2015
"«Мифтах ал-улум» -в комментариях и в дальнейших переработках".Konfrans materialı. Bakı-2015
«Мифтах ал-улум» Сираджаддина ас-Саккаки – ценный источник по теории литературы Востока. Проблемы востоковедения.№4 (70)[1]. Уфа-2015
"Füzuli ənənələri və Əliağa Vahid yaradıcılığı" AMEA Humanitar elmlər. (Xəbərlər) Bakı-2016
"Bədii ədəbiyyatda mükalimə". AMEA. Ədəbiyyat məcmuəsi. cild 27. Elm və təhsil. Bakı-2016
Введение в классическое арабо-мусульманское литературоведение.[6]
Aşıq yaradıcılığı və dastanlar. Şərq poetikası və islami dəyərlər baxımından. Bakı. "Elm və təhsil"., -2016(Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf fondu nun maliyyə dəstəyi ilə yazılmışdır.)