Mahir Əmiraslanov (12 may 1997, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2019-cu il Avropa Oyunlarının qalibi.[1]
Mahir Əmiraslanov | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Mahir İlqar oğlu Əmiraslanov | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | 12 may 1997 (27 yaş) | |||||||||||||
Doğum yeri | ||||||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | |||||||||||||
İdman növü | Güləş | |||||||||||||
Karyera illəri | 2005—2021 | |||||||||||||
Məşqçisi | Əsgərxan Novruzov | |||||||||||||
Medallar
|
Mahir Əmiraslanov 2013-cü ildə Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatını bürünc, Serbiyada isə yeniyetmələr arasında Dünya Çempionatını gümüş medallarla başa vurdu.[1] Bir il sonra, 2014-cü ildə Mahir Əmiraslanov yeniyetmələr arasında Avropa Çempionatını beşinci pillədə başa vursa da, yeniyetmələr arasında Dünya Çempionatında növbəti dəfə gümüş medalın sahibi oldu.[1]
2015-ci ilin avqustunda Mahir Əmiraslanov Braziliyada gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[1] Sentyabrda Las-Veqas şəhərində Dünya Çempionatlarında debüt edən Mahir Əmiraslanov noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini də bürünc medalla başa vurdu.[1] 2016-cı il ərzində Mahir Əmiraslanov İstanbul şəhərində Yaşar Doğu Turnirini və Buxarest şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medallarına sahib oldu.[1] Həmin mövsüm də Mahir Əmiraslanov həm də Latviyada Avropa Çempionatını beşinci pillədə başa vurdu.[1]
Mahir Əmiraslanov 2017-ci ildə Rusiyada Əli Əliyev Turnirinin qalibi oldu, İstanbul şəhərində Yaşar Doğu Turnirini gümüş medalla, Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin və Rusiyada V. Semenov Turnirinin isə bürünc medallarına sahib oldu.[1] Həmin ilin mayında Mahir Əmiraslanov həm də IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[1]
Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Mahir Əmiraslanov apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu, iyunda isə Belarusda Avropa Oyunlarının qalibi oldu.[1]
2021-ci ildə bir sıra beynəlxalq turnirlərdə uğursuz nəticə göstərən Mahir Əmiraslanov həmin il idmanla vidalaşdı.[1]
Yeniyetmələrin Avropa Çempionatı | Monteneqro | |||
Yeniyetmələrin Dünya Çempionatı | Serbiya | |||
Yeniyetmələrin Avropa Çempionatı | Bolqarıstan | |||
Yeniyetmələrin Dünya Çempionatı | Slovakiya | |||
Gənclərin Dünya Çempionatı | Braziliya | |||
Dünya Çempionatı | ABŞ | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Avropa Çempionatı | Latviya | |||
Gənclərin Avropa Çempionatı | Rumıniya | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
D. Kolov - N. Petrov Turniri | Bolqarıstan | |||
İslam Həmrəyliyi Oyunları | Azərbaycan | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Dünya Çempionatı | Fransa | |||
V. Semenov Turniri | Rusiya | |||
Avropa Çempionatı | Rumıniya | |||
Avropa Oyunları | Belarus | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
Hərbçilərin Dünya Oyunları | Çin | |||
Fransa Qran-Prisi | Fransa | |||
Kiyev Turniri | Ukrayna |