Mahmud Əhmədinecad

Mahmud Əhmədinejad (fars. محمود احمدی‌نژاد‎; d.28 oktyabr 1956) — İran İslam Respublikasının 6-cı prezidenti.

Mahmud Əhmədinejad
fars. محمود احمدی‌نژاد
Mahmud Əhmədinejad Braziliyada (23 noyabr 2009)
Mahmud Əhmədinejad Braziliyada (23 noyabr 2009)
ƏvvəlkiMəhəmməd Hatəmi
SonrakıHəsən Ruhani
Şəxsi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri Gərmsar, Səmnan vilayəti, İran
Partiya
Təhsili
  • İran Elm və Texnologiya Universiteti[d] (1975–)
İxtisası İnşaat mühəndisi
Fəaliyyəti universitet müəllimi[d], siyasətçi, mühəndis
Həyat yoldaşı Əzəm əs-Səadət Fərəhi
Uşağı 3
Dini şiəlik

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olmuşdur. Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun azərbaycanlı,[1][2] talış,[3][4][5][6][7][8][9] hətta yəhudi[10] əsilli olması barədə fikirlər səsləndirilir.

2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanmış, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz etmişdir.

Prezident seçkiləri əsnasında Tehran bələdiyyəsinin başçısı olmuşdur. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləmişdir. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.

Siyasi dayağı

[redaktə | mənbəni redaktə et]

İran inşaat sektorunda hökmran mövqeyə malik İran İslam İnşaatçılar İttifaqı (Abadgəran) təşkil edir. Abadgəran İranda prezident seçkilərində ilk turda iki namizədlə təmsil olunmuşdu. İran Konstitusiya Qoruyucuları İdarəsinin 1000 namizəd arasından seçdiyi 7 nəfərdən biri olan Əhməd Necat birinci turda ən çox səs (19,48%) toplayan namizəd olaraq ikinci turda Əli Əkbər Həşimi Rəfsəncani ilə təkbətək mübarizə aparmaq hüququ qazanmışdır. Seçicilərin 59 %-nin iştirak etdiyi ikinci turda 61,69% səs toplayan Əhmədinəjad prezident seçilmişdir. Rəqibləri onu seçkini saxtalaşdırdığını iddia etmişlər.

Xarici siyasətdə ABŞ ilə münasibətlərin olduğu kimi qalmasını və heç bir güzəştə gedilməməsini irəli sürən Əhmədinəjad BMT-ni dəfələrlə fəaliyyətsizlikdə ittiham etmiş və İranın nüvə proqramını həyata keçirilməsinin labüd olduğunu bildirmişdir. Hər zaman qıcıqlandırıcı bir tərzə və nitq söyləmək qabiliyyətinə malikdir Hətta, bir dəfə bir jurnalistin siyasi dustaqların azad edilməsi ilə bağlı verdiyi suala: "Hansı dustaqları? Amerikadakılarımı?" — deyə cavab vermişdi.

Bəzi ölkələrə öz nüvə proqramını inkişaf etdirmək icazəsinin verildiyi halda hansı haqla İranın bu hüquqdan istifadəsinə maneçilik törədildiyi, BMT TŞ-nın beş üzvünün xüsusi hüquqlara sahib olduğunu önə çəkərək nədən müsəlman dövlətlərinin bu hüquqlara sahib ola bilməyəcəyi və nəhayət yəhudi soyqırımından niyə fələstinlilərin təsirləndiyi kimi fikirləri ilə ictimaiyyətin diqqətini qazanmışdır. Özünün prezident seçilməsini" yeni bir islam inqilabı" adlandırmış və bu inqilabın tez bir zamanda bütün dünyanı əhatə edəcəyi fikrini irəli sürmüşdür. O, ilk növbədə region dövlətləri arasında (viza sisteminin ləğvini həyata keçirməklə) yerdəyişmənin asanlaşdırılmasını və münasibətlərin daha da gücləndirilməsini müdafiə edir. İsrail ilə bağlı siyasəti isə "xəritədən silmə"dən ibarətdir və bu, beynəlxalq ictimaiyyətin diqqətinə səbəb olmuşdur. İlk işlərindən biri də yeni evlənmiş şəxslərə" iş və ev sahibi ola bilmələri üçün" neft gəlirlərindən 1,3 milyon dollar məbləğində vəsaitin ayrılması və bu məqsədlə fondun yaradılması sayıla bilər.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evlidir. İki oğlu və bir qızı var.

  1. "Сафаров Раджаб Саттарович — Публикации". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  2. "Ахмадинежад Махмуд — Биография Ахмадинежада Махмуда, жизнеописание :: BiografGuru.ru". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  3. "Откуда вы, Махмуд Ахмадинежад? — Столетие. RU". 2010-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  4. "Махмуд Ахмадинежад, биография". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  5. "Arxivlənmiş surət". 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  6. ""Бомба не защитит теократию в Иране" — Власть, Иран — Росбалт". 2009-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  7. "Русская линия | Православное информационное агентство | Новости политической, общественной и религиозной жизни". 2010-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  8. "Институт религии и политики". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  9. "Демократия Ирану не в новинку — Геополитика, Иран — Росбалт". 2009-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
  10. "Mahmoud Ahmadinejad revealed to have Jewish past — Telegraph". 2009-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]