Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı.
Mahmud Heyrani | |
---|---|
Vəfat tarixi | 1269 |
Vəfat yeri | |
Dəfn yeri |
Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır.[1] Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.[2]