Mais Həbib oğlu Cavadov (22 mart 1929, Basqal, Şamaxı qəzası – 1992, Bakı) - fizika-riyaziyyat elmləri doktoru (1966), Əməkdar elm xadimi (1982), AMEA-nın müxbir üzvü (1989).[1]
Mais Cavadov | |
---|---|
Mais Həbib oğlu Cavadov | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Həbib Cavadov |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1966) |
İş yerləri | Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Elmi rəhbəri | Zahid Xəlilov |
Tanınır | professor |
Üzvlüyü | AMEA-nın müxbir üzvü (1989) |
Mais Cavadov 22 mart 1929-cu ildə İsmayıllı rayonunun Baskal kəndində anadan olub. Ali təhsilini 1952-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində alıb.[1]
Mais Həbib oğlu Cavadov əmək fəaliyyətinə 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlayıb. O, 1952-1969-cu illərdə AEA Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri vəzifələrini icra edib. 1969-cu ildən pedaqoji fəaliyyətə başlayan Mais Cavadov 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində çalışıb.[1]
Mais Cavadov 1958-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə "Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1966-cı ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1989-cu ildə AEA-nın müxbir üzvü seçilib.[1]
Mais Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funksiyalarının bir hissəsinin tamlıq məsələsini həll edib. Alim 40-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən artıq fəlsəfə doktoru hazırlanıb.[1]
Mais Cavadov 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.[1]
Mais Cavadov 1992-ci ildə Bakıda vəfat edib.[1]