Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pataka (çin. 澳門圓, port. pataca macaense) və ya rəsmi adıyla Makao patakası (Çincə: 澳門 幣; Portuqalca: Pataca macaense; ISO 4217: MOP), Makaoda istifadə edilən rəsmi pul vahididir. Makao Mərkəzi Bankı tərəfindən bölüşdürülür. Patakanın alt vahidi 'avos'dur (Kanton: 仙; sin) və bir pataka 100 avosa bölünür; on avos bir 'ho'ya (毫) bərabərdir. Makao patakasını göstərmək üçün ən çox MOP $ işarəsindən istifadə edilir.
Makao patakası | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | MOP | |||
Simvol | MOP$ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1952 | |||
Vikianbarda əlaqəli mediafayllar |
Bu pul vahidinin yaradılması haqqında ilk ideya 1894-cü ildə irəli sürülmüşdür. Ancaq belə bir banknotun yaradılması üçün milli bir bank fəaliyyət göstərməli idi. Belə bir bank yalnız 1902-ci ildə Makao Milli Bankı adı ilə fəaliyyətə başladı və Bank 1905-ci ildə Pataka adlı pul vahidi buraxdırmaq hüququ qazandı. O zamandan sonra Makao patakası 1980-ci ildə yenilənmişdir.