Əfqanıstan əfqanisi

Əfqanıstan əfqanisi ((simvolu: Afs;[1] puşt. افغانۍ; dəri افغانی; kodu: AFN)) - Əfqanıstan respublikasının pul vahidi. 1 əfqani 100 pula bölünür, baxmayaraq ki, artıq pul dövriyyədə deyil.

Əfqanıstan əfqanisi
puşt. افغانۍ, dəri افغانی
1 əfqani
1 əfqani
Kod və simvol
ISO 4217 kodu AFN
Simvol Afs, ؋
Abreviatura AFN
Dövriyyə ərazisi
Emitent ölkə
  Əfqanıstan Əfqanıstan
Əvəzedici və paralel vahidlər
Kiçik Pul (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 2, 5, 10, 20, 50, 100, 500, 1000 əfqani
Əsginas 1[1], 2, 5 əfqani
Tarixi
Dövriyyəyə buraxılma 1926
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Də Əfqanıstan Bankı
  centralbank.gov.af
İnflyasiya
İnflyasiya 13.8%
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orijinal əfqani (1925-2001)

[redaktə | mənbəni redaktə et]

İlk əfqani (ISO 4217 kodu: AFA) 1925-ci ildə təqdim olundu. Bir əfqani 100 pula bölünürdü, 20 əfqani isə bir əmaniyə bərabər idi. Bu əfqani 9 qram gümüş tərkibə malik idi.[2]

Birinci dünya müharibəsi dövrü istisna olmaqla, Əfqanıstanın valyuta məzənnəsi bazar qüvvələri tərəfindən sərbəst şəkildə müəyyən edilmişdir.[3] Ancaq bəzi dövrlərdə Əfqanıstanda iki fərqli məzənnə rejimi mövcud idi: Əfqan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rəsmi valyuta məzənnəsi və Kabilin Saraya Şahzadə adlı pul bazarında təklif və tələbkar qüvvələr tərəfindən müəyyən edilmiş sərbəst bazar məzənnəsi.[4] Əfqanıstanın Mərkəzi Bankı olan Də Əfqanıstan Bankının yaradılmasından sonra belə imtiyazlı rəsmi sabit məzənnə tətbiq olunmağa davam etmişdi. Də Əfqanıstan Bankı rəsmi nisbətini Saraya Şahzadənin valyuta məzənnəsinə yaxın tutmağa çalışsa da, 1980-ci illərdə və vətəndaş müharibəsi dövründə rəsmi və sərbəst valyuta məzənnələri arasındakı boşluq genişləndi.

Da Əfqanıstan Bankı 2002-ci ildən etibarən üzən məzənnə rejimini qəbul edib və valyuta məzənnəsinin bazar qüvvələri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilməsinə imkan yaradıb.

1925-1928-ci illərdə xəzinədarlıq 5, 10 və 50 əfqani əsginaslar buraxdı. 1936-cı ildə 2, 20 və 100 əfqani əsginaslar əlavə edildi. Əfqanıstan Bankı 1939-cu ildə kağız pul istehsalını öz üzərinə götürərək, 2, 5, 10, 20, 50, 100, 500 və 1000 əfqani buraxdı. 1958-ci ildə 2 və 5 əsginaslar sikkə ilə əvəz edildi. 1993-cü ildə 5000 və 10,000 əfqani əsginasları buraxıldı.

Yeni əfqani (2002-indiyədək)

[redaktə | mənbəni redaktə et]

2 yanvar 2002-ci il - 2 fevral 2003-cü il tarixləri arasında ISO 4217 kodu AFN olan yeni əfqani təqim edildi. Heç bir bölünmə verilməmişdir.

11 aprel 2005-ci ildə 1, 2 və 5 əfqani sikkələr təqdim edildi.[5]

2 fevral 2002-ci ildə 1, 2, 5, 10, 20, 50, 100, 500 və 1000 əfqani əsginasları təqdim edildi. 2005-ci ildə 1, 2 və 5 əfqani əsginasları sikkə ilə əvəz olundu. 2004 və 2008-ci ildə bəzi əsginasların təhlükəsizlik xüsusiyyətləri inkişaf etdirildi.

  1. 1 2 Da Afghanistan Bank. "Capital Notes Issuance and Auction Arxivləşdirilib 2013-05-13 at the Wayback Machine." Accessed 26 Feb 2011.
  2. Krause Chester L, Mishler Clifford. Standard Catalog of World Coins: 1801–1991. Krause Publications. 1991. ISBN ISBN 0873411501.
  3. Fry, Maxwell J. (1976) "A Monetary Approach to Afghanistan's Flexible Exchange Rate", Journal of Money, Credit and Banking, Vol. 8 (2): 219-225
  4. Fry, Maxwell J. (1974) "The Afghan Economy: Money, Finance, and the Critical Constraints to Economic Development", Brill Publications, Leiden, Holland
  5. "Coining Hope In Afghanistan" (ingilis). CBS News. 10 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2017.