Maks Vasmer (28 fevral 1886[1][2], Sankt-Peterburq[3] – 30 noyabr 1962[3][1][…], Qərbi Berlin) — alman filoloq-slavyanşünası və balkanşünası, SSRİ Elmlər Akademiyasının əcnəbi müxbir üzvü.
Maks Vasmer | |
---|---|
alm. Max Vasmer | |
Doğum adı | Max Julius Friedrich Vasmer |
Doğum tarixi | 28 fevral 1886[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1962[3][1][…] (76 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | dilçilik, leksikoqrafiya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1907–08-ci illərdə Yunanıstanda yunan dialektlərini və alban dilini araşdırmışdır. 1908–10-cu illərdə Krakov və Vyana universitetlərində təhsilini davam etdirmişdir. Bir sıra təhsil müəssisəsində dərs demiş, o cümlədən Ali qadın (Bestujev) kurslarının (1912), Saratov (1917–18), Tartu (1918–21), Leypsiq (1921–25), Berlin (1925–45), Stokholm (1947–49) universitetlərinin, Qərbi Berlində Azad universitetinin professoru olmuşdur.
Slavyanların digər xalqlarla dil əlaqələrinə, slavyan, Baltika, İran, fin-uqor xalqlarının Şərqi Avropada məskunlaşması tarixinə, Şərqi Avropa antroponimiya və toponimiyasına, slavyan dillərinin alban dili və digər dillərə təsirinə dair əsərlərin müəllifidir.