Maksi Rodriges

25 yaşlı yarımmüdafiəçi 2002-ci ildən İspaniya çempionatında çıxış etsə də, DÇ-2006-dək Argentina millisində cəmi 13 oyun keçirmişdi və adıçəkilən ölkələrdən kənarda yaxşı tanınmırdı.

Maksi Rodriges
Ümumi məlumatlar
Tam adı Maksimilyano Ruben Rodriges
Doğum tarixi (43 yaş)
Doğum yeri Rosario, Argentina
Vətəndaşlığı Argentina Argentina
Boyu 178 sm
Çəkisi 73 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Argentina Nyuells Old Boyz
Nömrəsi 11
Karyerası
Klub karyerası[* 1]
1999—2002 Argentina Nyuells Old Boyz 57 (20)
2001  İspaniya Real Ovyedo 1 (0)
2002—2005 İspaniya Espanyol 111 (26)
2005—2010 İspaniya Atletiko Madrid 121 (32)
2010—2012 Argentina Liverpul 73 (15)
2012—h.h. Argentina Nyuells Old Boyz 35 (7)
Milli yığma[* 2]
2003—h.h. Argentina Argentina 42 (12)
Təltif və medalları
Konfederasiyalar kubokları
Gümüş Almaniya 2005

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 aprel 2012 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 aprel 2012 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropadakı karyerasına 2002-ci ildə «Saraqosa»da başlasa da, elə həmin il «Espanyol»a keçib və 2005-ci ilə kimi burada oynayıb. Həmin dövrdə klubda beş məşqçi dəyişsə də, onun əsas heyətdəki yeri toxunulmaz qalıb.

2004/05 mövsümündə «Espanyol»un heyətində İspaniya primerosunda 15 qol vuraraq ölkənin aparıcı klublarının diqqətini cəlb edib və ötən ilin yayında Madrid «Atletiko»suna keçib. Yeni komandasında isə ötən çempionatda 10 dəfə fərqlənib.

O, 2005-ci ildə Argentina yığmasının heyətində Konfederasiyalar kubokunda hücumçu kimi yer alıb (2 oyun keçirib). DÇ-2006-da isə hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış etməyinə baxmayaraq, məhsuldar oyun nümayiş etdirir. O, ilk 4 oyunda 3 qol vuraraq yarışın bombardirləri arasında qərarlaşıb. Bundan başqa, 1/8 finalda Argentina – Meksika (2:1) matçının ən yaxşı oyunçusu seçilib.

25 yaşlı futbolçu meydanda etibarlı oyunu ilə seçilir və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışır. Düzdür, əvvəllər onu həddən artıq fərdi oyuna meyl etməkdə günahlandırırdılarsa, indi o, açıq-aşkar komanda oyunçusu kimi tanınır.

2001-ci ildə gənclər arasında dünya çempionu olub. Həmin turnirdə 4 qol vurub, o cümlədən final matçında bir dəfə fərqlənib. 2004-cü ildə Olimpiya çempionu olmuş Argentina yığmasının heyətindən son anda çıxarılmasını karyerasının ən üzücü hadisələrdən biri sayır.

Maraqlıdır ki, anası əslən italiyalı olduğundan, o, 2004-cü ilin avqustunda İtaliya vətəndaşlığını da qəbul edib.