Maksim Şevçenko

Maksim Leonardoviç Şevçenko — (rus. Максим Леонардович Шевченко), 22 fevral 1966-cı ildə, Moskva, SSRİ-də anadan olub — Rusiya jurnalisti, televiziya aparıcısı.

Maksim Şevçenko
rus. Максим Леонардович Шевченко
Doğum tarixi 22 fevral 1966(1966-02-22) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Fəaliyyəti jurnalist, ictimai xadim, bloger[d], müəllim, televiziya aparıcısı, radioaparıcı[d], redaktor, aparıcı, siyasətçi, publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Maksim Şevçenko Leonardoviç 1966-cı il fevralın 22-də Moskva şəhərində anadan olmuşdur. Maxim Şevçenkonun atası geofizik idi. Sovet dövründə aparıcı instutlardan birində çalışmış, ölkə üçün neft və qaz hasil etmişdir. Türkmənistanda, Manşıqlada, Sibirdə və Peçora tarlalarında işləyirdi. Anası 1932-ci il təvəllüdlü əslən Blaqoveşenskdəndir.

Təhsili — 3-cü Alman məktəbini — alman dilini dərindən öyrənən xüsusi məktəbi bitirmişdir. Stanislav Belkovski ilə eyni məktəbdə oxumuşdur. Hərbi xidmətə çağrılmayıb.1990-cı ildə S. Orconikidze adına Moskva Aviasiya İnstitutunu elektron hesablama cihazlarının dizaynı və texnologiyası ixtisası üzrə bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1993–1991-ci illərdə Radonej-Yasenevo provaslav klassik gimnaziyasında Rusiya və Qərbi Avropa tarixindən dərs demişdir. 1994–1995-ci illərdə Birinci sentyabr pedaqoji qəzetində redaktor işləyib. Rusiya Federasiyası İctimai Palatasının Millətlərarası Münasibətlər və Vicdan Azadlığı Komissiyasının üzvü, dini siyasət və etnik mədəniyyət üzrə eksperti, Rusiyanın ORT telekanalın ictimai-siyasi tok-şousunun aparıcısıdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı — Nadejda Kevorkova.