Molodeçno[4] (rus. Молодечно) və ya Maladzeçna[5] (belar. Маладзе́чна) — Belarusun Minsk vilayətində yer alan şəhər. 2006-cı il əhali siyahıyaalmasına görə şəhərdə 98.514 nəfər yaşayır. Minsk vilayətində və 72 km şimal-qərbində Uşa Çayı yaxınlığında yer alır. Böyük Litva knyazlığının bir hissəsi olan bu şəhər 1388-ci ildən bəri yaşayış yeridir.
Molodeçno | |
---|---|
Маладзечна Маладэчна | |
54°18′49″ şm. e. 26°51′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 16 dekabr 1388 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 161 m[2], 159 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +375 176 |
Poçt indeksi | 222301, 222302, 222303, 222304, 222305, 222306, 222307, 222310 |
Nəqliyyat kodu | 5 |
Digər | |
molodechno.gov.by | |
Vikianbarda əlaqəli mediafayllar |
Görünür, "Maladzeçna" sözü, torpaq islahatı nəticəsində, şəhərin daxilindən keçən Maladzeçna çayından gəlir. Bundan başqa, şəhərin adının "gənc adam" mənasını verməsi fikri də irəli sürülür.
XX əsrin əvvəllərindən başlayaraq, Maladzeçna forması, Belarus xalqının dilində yerli xalqın sözünə uyğun olaraq yaradılıb. Eyni zamanda, Maladzeçno adı, Polşa dilinin təsirinin olmasından da xəbər verir.
Birinci Dünya müharibəsi zamanı Rusiyanın Qərb Cəbhəsində yer alan X Ordusunun mərkəzi idi. Şəhər Fevral və Dekabrın 1918-ci il arasında Alman işğalı altında idi, ancaq daha sonra Rusiya Vətəndaş Müharibəsi zamanı Bolşevik qüvvələri tərəfindən ələ keçirildi. 4 iyul 191]-cu ildə Polşa Ordusu qoşunları tərəfindən ələ keçirildi. 12 iyul–12 oktyabr [1920-ci il tarixləri arasında SSRİ-Polşa Müharibəsi zamanı Sovet qüvvələr tərəfindən yenidən ələ keçirildi. Riqa Sülh Müqaviləsinin ardından Polşaya təhvil verilib.