Malaya Universiteti — Malayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müəssisəsidir[2][3] və yeni müstəqillik qazanmış Malayada yeganə universitet idi.[4] Universitet Malayziyanın 5 Baş nazirini və ölkənin digər görkəmli siyasi, biznes və mədəniyyət xadimlərini yetişdirmişdir.
Malaya Universiteti | |
---|---|
3°07′15″ şm. e. 101°39′23″ ş. u.HGYO | |
Əsası qoyulub | 1934 |
Ölkə | |
Sayt | um.edu.my |
Vikianbarda əlaqəli mediafayllar |
1949-cu ilin oktyabrında Kral VII Edvard Tibb Kolleci ilə Raffles Kollecinin birləşməsi universitet yaratdı. İlk onillikdə sürətli böyümə universitetin 15 yanvar 1959-cu ildə biri Sinqapurda, digəri isə Kuala-Lumpurda yerləşən 2 müstəqil bölmədə təşkil edilməsinə səbəb oldu. 1960-cı ildə Malaya və Sinqapur hökumətləri universiteti 2 ayrı Milli Universitetlərə böldü. Bir filial Sinqapurda yerləşirdi və Sinqapur Malayziyadan müstəqillik qazandıqdan sonra Sinqapur Universitetinə çevrildi (1980-ci ildə Sinqapur Milli Universiteti ilə birləşdi), digər filial isə Malaya Universiteti adını saxlayaraq Kuala–Lumpurda yerləşirdi.
Qanun 1961-ci ildə qəbul edildi və Malaya Universiteti 1962-ci il yanvarın 1-də təsis edildi.[5][6][7]
2012-ci ildə Universitetə Ali Təhsil Nazirliyi tərəfindən muxtariyyət verilmişdir.[8]
Universitetin kitabxanasında 2 mln. çox kitab və Elektron Resurs yerləşir.
Malaya Universitetinin ərazisində 15 yataqxanası, həmçinin Asiya İncəsənət Muzeyi, Rəsm qalereyası, Tibb Mərkəzi, Nəbatat bağı (Rimba İlmu), teatrı var.
Malayziyanın 1 nömrəli universiteti və Cənub-Şərqi Asiyanın ən yaxşı 3 universitetindən biri hesab olunur. Həmçinin QS, Dünya universitetlərinin akademik reytinqi, U.S. News & World Report kimi ABŞ-ın nüfuzlu nəşriyyatlarına görə dünyanın ən yaxşı 300 universiteti arasında yer alır.
Hal-hazırda MU QS World University Rankingsın reytinqində dünyada 65-ci, Times Higher Education World University Rankinga görə ən yaxşı 300 universitet arasında yer alır.