Malefisenta (film, 2014)

Malefisenta (ing. Maleficent) — 2014-cü il ABŞ istehsalı fentezi filmi. Rejissoru Robert Stromberq, ssenari müəllifi isə Linda Vulvertondur. Film Şarl Perronun 1697-ci ildə yazdığı "Yatmış gözəl" nağılı və Volt Disneyin 1959-cu ildə buraxdığı "Sleeping Beauty" cizgi filminin motivləri əsasında çəkilib. Filmdə hekayə pis qəhrəman Malefisentanın nöqteyi-nəzərindən çatdırılır.

Malefisenta
ing. Maleficent
Janr fentezi filmi[d][1][2][…], dram filmi, döyüş filmi, qaranlıq fentezi, macəra filmi, romantik film, kino nağılı[d]
İcraçı prodüserlər Ancelina Coli
Baş rollarda
Montajçı Kris Lebenzon[d]
İstehsalçılar Walt Disney Pictures
Distribütor Fórum Hungary[d][7], Walt Disney Studios Motion Pictures[d], Netflix, Disney+
İlk baxış tarixi 30 may 2014[8]
Müddət 97 dəq.
Büdcə 180.000.000 $[9][10][…]
Gəlir 758.410.378 $[11]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID1587310
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malefisenta bataqlıqda yaşayan sehrli pəridir. Bu bataqlıq insanlardan uzaq, sakit və olduqca gözəl mənzərəli yerdir. Lakin günlərin birində Stefan adlı bir oğlan bataqlığa gəlir. Malafisenta ilə tanış olur və qız Stefana aşiq olur. Stefan isə Malefisentanı sevmirdi, zaman ötdükcə o daha bataqlığa gəlmir. Malefisenta isə böyüyür, bataqlığın kraliçası olur.

Kral Henri bataqlığı işğal etmək niyyətinə düşür. Döyüş gedir və kral ağır yaralanır. Kralı yaralayan və bataqlığı ona təslim etməyə razı olmayan da elə Malefisenta idi. Kral ölümündən əvvəl bəyan edir ki, hər kimsə Malafisentanı öldürsə, kralın yeganə qızı ilə evlənəcək. Başqa sözlə, növbəti kral həmin şəxs olacaq. Stefan bataqlığa gedir, lakin Malefisentanı öldürmür. Onun qanadlarını kəsir və krala aparır. Beləliklə Stefan şahzadə ilə evlənir və qanuni kral seçilir. Qanadlarının yoxluğunu görən Malefisenta isə dəhşətlə yuxudan oyanır və qaranlığa, zülmətə bürünür. Bütün bataqlıq da onunla bərabər qaranlığa məhkum olur.

İllər sonra kral Stefan və kraliçanın gözəl bir qızı dünyaya gəlir. Yeni doğulmuş şahzadə xaç suyuna çəkilir və bu, sarayda xüsusi təntənə ilə qeyd olunur. Bu şənliyə pərilər, krallar, zadəganlar təşrif buyurur. Pərilər Auroraya (şahzadə) arzular tutduğu zaman, dəvət edilməmiş qonaq-Malefisenta saraya gəlir. Malefisenta arzu tutmağa, yəni sehr etməyə başlayır. O deyir ki, şahzadə Aurora 16 yaşına çatdığı zaman onun əli cəhrə iynəsinə batacaq və əbədi yuxuya gedəcək. Tilsimi heç kim poza bilməz, hətta Malefisentanın özü belə. Yalnız əsl məhəbbət onu bu yuxudan azad edə bilər.

Bundan təşvişə düşən kral və kraliça körpəni 3 pəri ilə birgə meşəyə göndərir, Aurora burada böyüyür. Kralın şahzadəni uzaq tutmaq istədiyi Malefisenta Auroranın yerini bilir və onun hər hərəkətini izləyir. Aurora böyüdükdə isə onlar tanış olurlar. şahzadə olduğundan xəbərsiz Aurora Malefisentanı xaç anası kimi sevir və Malefisenta da ona eyni münasibəti bəsləyir. O, bu tilsimi sındırmaq istəyir. Aurora 16 yaşına çatdıqda isə artıq gec idi. Sonra baş verənlər isə xoş sonluqla bitir.

  • Ancelina Coli — Malefisenta, sehrli meşədə yaşayan pəri
  • Şarlto Kopli — Kral Stefan
  • Ell Faninq — Şahzadə Aurora

Filmin rejissoru Linda Vulverton, ssenaristi Robert Stromberqdir. Film 1959-cu ildə Walt Disney Pictures-in çəkdiyi "Yatmış gözəl" animasiya filminin motivləri əsasında çəkilmişdir. Amma budəfəki hadisə və baş verənlər Malefisenta obrazı əsasında qurulub. Ümumilikdə hər iki ekran işi Şarl Perronun yazdığı nağıl üzərində ekranlaşdırılmışdır. Əsas çəkilişlər İyun-Oktyabr aylarında, 2012-ci il reallaşdı.

Filmin xüsusi nümayişi 9 May 2014-cü il tarixində, Londonda, Kensinqton Sarayında göstərilmişdir. Film 30 May 2014-cü il tarixində ABŞ-də Disney Digital 3D , RealD 3D və IMAX 3D formatında və başqa kinoteatrlarda nümayiş olundu. Film, görüntü, kostyumları, musiqisi və Colinin performansı ilə yüksək qiymətləndirildi. Bununla belə, tənqidçilər tərəfindən qarışıq rəylərlə qarşılandı, lakin ssenaridə səy göstərilməməsi, xüsusi dəyişikliklərin olmaması etibarilə tənqid olundu.

Ümumilikdə, dünya miqyasında 758 milyon dollardan çox gəlir əldə edərək 2014-cü ilin ən çox qazanan dördüncü filminə çevrilən uğurlu film oldu. Bundan başqa, aktrisa Ancelina Coliyə rol aldığı bütün filmlərdən ən çox gəlir gətirəni oldu. Filmən yaxşı kostyum dizaynı nominasiyası üzrə Oskar mükafatına layiq görüldü. Filmin sonrakı buraxılışı, "Maleficent: Mistress of Evil" , 18 Oktyabr 2019-cu ildə nümayiş olundu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Ancelina Coli
  1. http://www.nytimes.com/2014/05/30/movies/angelina-jolie-stars-in-maleficent-from-disney.html.
  2. 1 2 http://www.metacritic.com/movie/maleficent.
  3. 1 2 http://www.interfilmes.com/filme_28007_Malevola-(Maleficent).html.
  4. http://www.filmaffinity.com/es/film986989.html.
  5. 1 2 3 http://www.imdb.com/title/tt1587310/fullcredits.
  6. http://www.bbfc.co.uk/releases/maleficent-2014.
  7. http://nmhh.hu/dokumentum/166259/premierfilmek_forgalmi_adatai_2014.xlsx.
  8. McClintock P. Pixar's 'The Good Dinosaur' Pushed Back Nearly 18 Months After Losing Director (ing.). // The Hollywood Reporter / J. Min LA: Penske Media Corporation, 2013. ISSN 0018-3660
  9. http://www.thewrap.com/angelina-jolies-maleficent-tracking-strong-xx-million-opening/.
  10. http://www.boxofficemojo.com/movies/?id=maleficient.htm.
  11. Box Office Mojo (ing.). 1999.