Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км².
Malta adası | |
---|---|
malta Malta | |
Ümumi məlumatlar | |
Sahəsi | 246 km² |
Uzunluğu |
|
Sahil uzunluğu | 197 km |
Hündür nöqtəsi | 253 m |
Əhalisi | 373.955 nəfər (2013-cü il) |
Yerləşməsi | |
35°53′ şm. e. 14°27′ ş. u.HGYO | |
Ölkə | Malta |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir.
Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır[1]. Fevralda orta temperatur 12 °C, avqusta 25 °C, illik yağıntının miqdarı 530 mm-dir. Adada şirin su qıtlığı vardır. Suya olan tələbat əsasən Siciliya adasından gətirilməklə və ya dəniz suyu şirinləşdirilməklə ödənilir. Adada İtaliya şamı, kserofit kollar, kaktuskimilər yayılmışdır.