Malta kərtənkələsi

Malta kərtənkələsi (lat. Podarcis filfolensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü.

Malta kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Elədə böyük olmayan kərtənkələ növü. Uzunluğu 6,5 sm-dir. Quyruğunun uzunluğu təqribən bədən uzunluğunun iki qatıdır.

Rəngləri olduqca müxtəlif ola bilir. Boz rəngdən qəhvəyi yaşıl rənglər arasında dəyişir. Bel sütunu boyunca üç tünd zolaq uzanır. Böyür nahiyələrində tünd torlu ləkələr vardır. Qarın nahiyyəsi sarı, narıncı və qırmızı olur. Erkəklər daha parlaq rəngə sahib olurlar. Dişilər qəhvəyi rəngdə olur və üzərində ləkələr olur.

Kərtənkələnin yayılma arealı Malta arxipelaqı və Pelaqi adaları ilə məhdudlaşır. Areala Malta və onun ətrafında yerləşən Filfla, Qozo, Linoza, Lampione və d. adalar daxildir.

Növ əsasən sıx kolluqların arasında, qayalarda, tikililərin divarlarında, daşların arasında, otlaqlarda və bağlarda müşahidə olunurlar. Əsasən istisevər heyvanlardırlar.

Əsasən həşəratlarla və onurğasızlarla qidalanırlar. Üstəlik bitkilərin çiçəl və meyvələrini yedikləri də bilinir. Növ üçün hannibalizm qeydə alınmışdır.

Çoxalması zəif öyrənilmişdir. Erkəklər ərazilər üzrə yayılır və öz bölgələrini digər erkəklərdən qoruyurlar. Çütləşmə yaz ayları baş verir. dişilər 1—2 olmaqla yumurta qoyurlar. Hansı ki, iyul-avqust aylarında bu yumurtalardan balalar çıxır[2][3].

Yayılma ərazisinin kiçik olmasına baxmayaraq bu növ özü rənginə, ölçülərinə görə 5—6 yarımnövə bölünür. Hər bir yarımnöv bir və ya bir neçə adada yaşayır.

Yarımnövlər:

  • Podarcis filfolensis maltensis — Malta, Qoso və Komino adalarında yaşayır. Rəngi bir qayda olaraq yaşıl və ya ləkəli olur.
  • Podarcis filfolensis filfolensis — ən iri yarımnövdür, Filfla adasında yayılmışlar. Qaramtıl rəngə sahibdir və üzərlərində mavi, yaşımtıl ləkələr vardır.
  • Podarcis filfolensis kieselbachiSent-Pols adasının endemik canlısıdır. Rəngləri müxtəlif olur: qəhvəyi, boz, narıncı ləkəli və narıncı qarınlı.
  • Podarcis filfolensis generalensisGöbələk qayasında və Qoso adasının qərb sahillərində yayılmışdır. Qırmızı qarın nahiyyəsi və maciyə çalan böyürləri ilə fərqlənirlər.
  • Podarcis filfolensis laurentimulleriLinoza və Lampione adalarında müşahidə edilirlər.

Altıncı yarımnövün Kominotto adasında yayılması bildirilir.

Qorunma statusu

[redaktə | mənbəni redaktə et]

Yayılm arealının 5 km²-dən az olması onun qorunma statusunun təhlükə altınd olan növlər siyahısın salınmasına səbəb olmuşdur. Sayları stabildir. ancaq bəzi ərazilərdə yaşayış arealının daralması müşahidə edili. Flifla adasındakı paliqon səbəbi ilə P. f. filfolensis yarımnövüvün yaşayış arealı üçün təhlükə yaranmışdır. 1968-ci il hesablamalarına görə 2,5 ha əraziyə 300 baş kərtənkələ düşürdü. Bəzi ərazilərdə əsasəndə kiçik adalarda yayılan yarımnövlərin saylarında təhlükə ola bilər. Kərtənkələlərin yayılma arealının bəzi əraziləri qorunma bölgələridir[4].

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. Wildlife of the Maltese Islands, BirdLife Malta and Nature Trust, 1995
  3. Nature in Gozo, BirdLife Malta, 2007
  4. "IUCN Red List. Podarcis filfolensis". 2009-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.