Log Horizon (ログ・ホライズン, Rogu Horaizun?, azərb. Üfüq qeydi) — Kazuhiro Haranın rəssamlığı ilə Mamare Tono tərəfindən yazılan Yaponiya roman seriyası. 2011-ci ildən Enterbrain nəşriyyatı tərəfindən Yaponiyada nəşr olunur. Yen Press 2015-ci ildən romanın ingilis dilinə tərcümə edilmiş versiyasını çap edir. Roman seriyası strategiyaçı Şiroe və dostlarının "Elder Tale" adlı MMPORG-da ilişib qalmasından bəhs edir.
Log Horizon | |
Birinci cildin üzlüyü. Personajlar (soldan sağa): Akatsuki, Naotsuqu və Şiroe. | |
ログ・ホライズン (Rogu Horaizun) azərb. Üfüq qeydi | |
---|---|
Janr | macəra, fentezi, elmi fantastika, romantika[1] |
Manqa | |
Manqaka | Mamare Tono |
Rəssam | Kazuhiro Hara |
Nəşriyyat | Enterbrain |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 31 mart 2011 – hazırda |
Cildlər | 11 (cild siyahısı) |
Manqa | |
Log Horizon Gaiden: Honey Moon Logs | |
Yazıçı | Mamare Tono |
Rəssam | Motoya Matsu |
Nəşriyyat | ASCII Media Works |
Jurnal | Dengeki Daioh |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 27 yanvar 2012 – hazırda |
Cildlər | 4 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Mamare Tono |
Rəssam | Kazuhiro Hara |
Nəşriyyat | Enterbrain |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Famitsu Comic Clear |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 18 may 2012 – hazırda |
Cildlər | 1 (cild siyahısı) |
Manqa | |
Log Horizon: The West Wind Brigade | |
Yazıçı | Mamare Tono |
Rəssam | Koyuki |
Nəşriyyat | Fujimi Shobo |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Age Premium, Dragon Age |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 8 iyul 2012 – 9 mart 2018 |
Cildlər | 11 (cild siyahısı) |
Manqa | |
Log Horizon Gaiden: Nyanta-honcho Shiawase no Recipe | |
Yazıçı | Mamare Tono |
Rəssam | Soçuu |
Nəşriyyat | Enterbrain |
Jurnal | Comic B's LOG |
Nəşr tarixi | 21 dekabr 2012 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
Anime | |
Rejissor | Şinci İşihara |
Ssenarist | Toşizo Nemoto |
Bəstəkar | Yasuhara Takanaşi |
Studiya | Satelight |
Digər lisenziyalar | |
Kanal | NHK E |
Digər kanallar | |
Buraxılış tarixi | 5 oktyabr 2013 – 22 mart 2014 |
Seriyalar | 25 (seriya siyahısı) |
Anime | |
Rejissor | Şinci İşihara |
Ssenarist | Toşizo Nemoto |
Bəstəkar | Yasuhara Takanaşi |
Studiya | Studio Deen |
Digər lisenziyalar | |
Kanal | NHK E |
Digər kanallar | |
Buraxılış tarixi | 4 oktyabr 2014 – 28 mart 2015 |
Seriyalar | 25 (seriya siyahısı) |
Roman seriyası əsasında dörd manqa adaptasiyası və yan hekayələr hazırlanmışdır. Anime serialı adaptasiyası da çəkilmişdir. Birinci mövsümü 5 oktyabr 2013-cü ildən 22 mart 2014-cü ilə kimi, ikinci mövsümü isə 4 oktyabr 2014-cü ildən 28 mart 2015-ci ilə kimi NHK E kanalı vasitəsilə yayımlanmışdır.
11-ci genişləndirmə paketinin əlavə olunmasından virtual reallığa malik kütləvi çoxoyunçulu onlayn oyun "Elder Tale" (エルダー・テイル, Erudā Teiru?, azərb. "Böyük nağıl") qlobal uğur əldə edir və oyunu oynayan istifadəçilərin sayı milyonları keçir. Lakin "Novasfer pionerləri"[2][3] (ノウアスフィアの開墾, Nōasufia no Kaikon?) adlı 12-ci genişləndirmə paketinin əlavə olunması zamanı oyunu oynayan 30.000 yapon oyunçu özünü bu virtual reallıq dünyasında ilişmiş halda tapır. Bu oyunçulardan biri Şiroe adlı strategiyaçı olur. Şiroe dostları Naotsuqu və Akatsuki ilə birlikdə "Üfüq qeydi" (ing. "Log Horizon") adlı gildiya qurmağa və artıq onlar üçün reallığa çevrilən bu dünyanın təhlükələrinə qarşı döyüşməyə qərar verir.
"Elder Tale" dünyasında oyunçular iki yerə bölünür. Macəraçılar oyunda ilişib qalmış oyunçulardır, dünya əhli isə oyunun NPC-lərdir. Oyunçuların hər birinin sinfi olur. Siniflər iki cür olur: əsas və alt siniflər. Əsas siniflərin 4 qrupu var: döyüşçü (qoruyucu, samuray, rahib), silahlı (sui-qəsdçi, başkəsən, bard), sağaldıcı (klerik, druid, kannaqi) və sehrbaz (cadugər, çağırıcı, əfsunçu). Alt siniflərin sayı 90-dan çoxdur: mexanik, akrobat, qisasçı, berserker, rəqqas və s. Bundan əlavə, oyunçular 8 irqə bölünürlər: insanlar, elflər, cırtdanlar, yarı-alvlar, yarı-pişiklər, canavar dişləri, tülkü hörükləri və rituallar. Hadisələrin böyük hissəsi Akihabarada baş verir. Akihabara 11 gildiyadan ibarət Dairəvi Stol İttifaqı tərəfindən idarə olunur.
Oyunun 13 serveri mövcuddur: Yamato (Yaponiya), Afrika, Yureddo (Çin), Hindistan, Koreya, Orta Şərq, Şimali Uen (Şimali Amerika), Okeaniya, Rusiya, Skandinaviya, Cənub-Şərqi Asiya, Cənubi və Mərkəzi Amerika və Qərbi Avropa. Yamato serveri 5 bölmədən ibarətdir: Şərqi Azadlıq Şəhərləri Liqası, Vestelande Müqəddəs İmperiyası, Ezzo İmperiyası, Nayntayls dominionu və Forlend hersoqluğu.
Pul vahidi kimi qızıl istifadə olunur. Gündəlik olaraq sağ qalmaq üçün 35 qızıl xərcləmək normaldır. Ucuz mehmanxana otağının bir gecəliyi 10 qızıldır.
"Log Horizon" Mamare Tono tərəfindən yazılan roman seriyasıdır. Roman seriyası əvvəlcə 13 aprel 2010-cu ildə Shōsetsuka ni Narō adlı istifadəçi məzmunlu veb-roman saytında yayımlanmağa başlamışdır. Daha sonra Enterbrain nəşriyyatı 2011-ci ilin martında romanı nəşr etmək qərarına gəlmişdir. Yen Press 2015-ci ildə romanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[4]
№ | Başlıq | Yapon versiyasının nəşr tarixi | İngilis versiyasının nəşr tarixi |
---|---|---|---|
1 | Fərqli dünyanın başlanğıcı Isekai no Hajimari (異世界のはじまり) | 30 mart 2011[5] ISBN 978-4-04-727145-6 | 21 aprel 2015[6] ISBN 978-0-316-38305-9 |
2 | Kamelot cəngavərləri Kyamerotto no Kishi-tachi (キャメロットの騎士たち) | 30 may 2011[7] ISBN 978-4-04-727298-9 | 21 iyul 2015[8] ISBN 978-0-316-26381-8 |
3 | Oyunun sonu I hissə Gēmu no Owari [Jō] (ゲームの終わり【上】) | 31 avqust 2011[9] ISBN 978-4-04-727413-6 | 17 noyabr 2015[10][11] ISBN 978-0-316-26384-9 |
4 | Oyunun sonu II hissə Gēmu no Owari [Ge] (ゲームの終わり【下】) | 30 sentyabr 2011[12] ISBN 978-4-04-727543-0 | 22 mart 2016[13] ISBN 978-0-316-26385-6 |
5 | Akibada bazar günü Akiba no Machi no Nichiyōbi (アキバの街の日曜日) | 30 noyabr 2011[14] ISBN 978-4-04-727669-7 | 19 iyul 2016[15] ISBN 978-0-316-26386-3 |
6 | Şəfəqin azmış uşağı Yoake no Mayoigo (夜明けの迷い子) | 30 mart 2013[16] ISBN 978-4-04-728235-3 | 15 noyabr 2016[17] ISBN 978-0-316-26387-0 |
7 | Kunie qızılı Kunie no Ougon (供贄の黄金) | 20 dekabr 2013[18][19] ISBN 978-4-04-729175-1 (daimi nəşr) ISBN 978-4-04-729176-8 (xüsusi nəşr) | 21 mart 2017[20] ISBN 978-0-316-26388-7 |
8 | Sərçələr qanadlarını uzadır Hibari-tachi no Habataki (雲雀(ひばり)たちの羽ばたき) | 29 sentyabr 2014[21][22] ISBN 978-4-04-729926-9 (daimi nəşr) ISBN 978-4-04-729927-6 (xüsusi nəşr) | 20 iyun 2017[23] ISBN 978-0-316-47095-7 |
9 | Kanami, şərqə get! Kanami, Gō! Īsuto! (カナミ、ゴー!イースト!) | 27 mart 2015[24] ISBN 978-4-04-730190-0 | 31 oktyabr 2017[25] ISBN 978-0-316-47097-1 |
10 | Novasfer islahatı Noasfia no kaikon (ノウアスフィアの開墾) | 30 sentyabr 2015[26] ISBN 978-4047306745 | — |
Roman seriyası tərəfindən dörd manqa adaptasiyası hazırlanmışdır və bütün manqalar Mamare Tono tərəfindən yazılmışdır. Birinci manqa adaptasiyası Motoya Matsu tərəfindən çəkilmişdir və "Log Horizon Gaiden: Honey Moon Logs" adlanır.[27] 27 yanvar 2012-ci ildən ASCII Media Works "Dengeki Daioh" jurnalında nəşr olunur.[27] İkinci manqa adaptasiyasının rəssamı Kazuhiro Haradır və "Log Horizon" adlanır.[28] Bu manqa 18 may 2012-ci ildən nəşr olunur və Enterbrain nəşriyyatı tərəfindən "Famitsu Comic Clear" veb-jurnalında yayımlanır.[28] Yen Press bu manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. "Log Horizon: The West Wind Brigade" adlı üçüncü manqa Koyukinin rəssamlığı ilə nəşr olunur.[29] 9 iyul 2012-ci ildən Fujimi Shobo nəşriyyatının "Age Premium" jurnalında nəşr olunur.[29] Sonuncu manqa adaptasiyasının rəssamı Soçuudur və "Log Horizon Gaiden: Nyanta-honcho Shiawase no Recipe" adlanır.[30] 21 dekabr 2012-ci ildən Enterbrain nəşriyyatının "Comic B's LOG" jurnalında serializasiya olunur.[30]
Log Horizon Gaiden: Honey Moon Logs (ログ・ホライズン 外伝: Honey Moon Logs?)
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 27 fevral 2013[31] | ISBN 978-4-04-891353-9 |
2 | 27 fevral 2013[32] | ISBN 978-4-04-891354-6 |
3 | 27 sentyabr 2013[33] | ISBN 978-4-04-891938-8 |
4 | 27 avqust 2014[34] | ISBN 978-4-04-866701-2 |
Log Horizon (ログ・ホライズン, Rogu Horaizun?)
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 15 fevral 2013[35] | ISBN 978-4-04-728718-1 | 24 mart 2015[36] | ISBN 978-0-316-38306-6 |
Log Horizon: The West Wind Brigade (ログ・ホライズン: 西風の旅団?)
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 8 fevral 2013[37] | ISBN 978-4-04-712853-8 | 26 yanvar 2016[38] | ISBN 978-0-316-30900-4 |
2 | 6 sentyabr 2013[39] | ISBN 978-4-04-712896-5 | 26 aprel 2016[40] | ISBN 978-0-316-30904-2 |
3 | 7 mart 2014[41] | ISBN 978-4-04-070049-6 | 26 iyul 2016[42] | ISBN 978-0-316-30909-7 |
4 | 8 oktyabr 2014[43] | ISBN 978-4-04-070354-1 | 25 oktyabr 2016[44] | ISBN 978-0-316-30910-3 |
Log Horizon Gaiden: Nyanta-hancho Shiawase no Recipe (ログ・ホライズン: にゃん太班長 幸せのレシピ?)
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 31 avqust 2013[45] | ISBN 978-4-04-729072-3 |
2 | 1 sentyabr 2014[46] | ISBN 978-4-04-729894-1 |
Satelight studiyası tərəfindən istehsal olunmuş 25 seriyadan ibarət anime serialı adaptasiyası NHK E kanalı vasitəsilə 5 oktyabr 2013-cü ildən 22 mart 2014-cü ilə kimi yayımlanmışdır.[47] Anime serialı Crunchyroll tərəfindən Şimali Amerika və dünyanın bəzi regionlarında da nümayiş etdirilmişdir.[48] 25 seriyadan ibarət ikinci mövsüm isə Studio Deen tərəfindən istehsal olunmuş və 4 oktyabr 2014-cü ildə yayımlanmağa başlamışdır.[49][50][51] Hər iki mövsüm Sentai Filmworks tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[52][53] Hər iki mövsümün açılış mahnısı Man with a Mission tərəfindən ifa olunan "database" mahnısıdır. Birinci mövsümün bağlanış mahnısı "Your song*" mahnısı, ikinci mövsümün açılış mahnısı isə "Wonderful Wonder World*" mahnısıdır. Hər iki mahnının ifaçısı Yun*çidir.[54] [55]
Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 9-cu "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (55 səs).[56]
Anime News Network-dan Rebekka Silverman seriyanı "Sword Art Online" və ".hack" ilə müqayisə edərək bənzərsiz olduğunu qeyd etmişdir.[57] Rebekka anime adaptasiyasının ən çatışmayan cəhətinin artistizminin zəif olmasında görmüşdür. O, personajların dizaynlarının onları yaxşı əks etdirmədiyini qeyd etmişdir. Rebekka əsas personajlardan biri olan Akatsukini misal kimi göstərmişdir: personajın dizaynı onun gözəlliyini əks etdirmir və faktiki olaraq ekranlarda görünən ən az cəzbedici qadın personajdır. Rebekkanın başqa diqqət çəkdiyi məsələ Naotsuqunun tərbiyəsiz təbiətinin həddən artıq çox komediya ünsürü kimi istifadə edilməsidir.[57] Müxtəlif tənqidçilər animenin stilinin "Sword Art Online" və "Accel World" ilə bənzər olduğunu bildirmişdirlər.