Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi.[11] O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur.[12] Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi.[13]
Tlas 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin sağ əlinə çevrilir.[7] O, həmin il Bəəs Partiyası Mərkəzi Komitəsinin üzvü olur.[14][15][16] Tlas gələcək illərdə liderliyə potensial namizəd olaraq da qəbul edilirdi.[7] O, 2005-ci ilin iyun ayında yenidən Bəəs Partiyası Mərkəzi Komitəsinə seçilir.[13]
Tlas Bəşər Əsədisünni tacir təbəqəsinin üzvlərinə təqdim edərək onun dəstək bazasının inkişaf etməsinə kömək olmağa çalışır. Tlas 2005-ci ildə də islahatların tərəfdarı idi, lakin Əsədin islahat üçün ən yaxşı ümid olduğunu vurğulayır. Tlasın 2011-ci ildə Suriyadakı üsyan dövründə Suriya müxalifəti ilə uğursuz danışıqlar apardığı bildirilir.[17]
Tlas 2011-ci ildə başlayan üsyanı yatırmaq üçün istifadə olunan əsas hərbi hissələrdən biri olan Respublika Qvardiyasının briqadiri təyin edilir.[18] Bu briqadaya hakimiyyətə gəlməmişdən əvvəl Bəşər Əsəd, 1994-cü ildə vəfat edənə qədər isə Basil Əsəd rəhbərlik edirdi.[19]
Tlasın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılıq tətbiq etməsindən getdikcə daha çox qəzəbləndiyi bildirilirdi.[12] O, 2011-ci ilin mart ayında müxalifət ilə hökumət arasındakı ilk görüşmədə iştirak edir, dialoq qurmağa və siyasi həll tapmağa çalışır. O, Suriyada müxalifət ilə danışıqlar apararaq barışıq səylərində iştirak edir.[20] Lakin bu barışıq səylərinin 2011-ci ilin mayından ev dustaqlığına, 2012-ci ilin iyulunda fərarilik etməsinə səbəb olduğu deyilir.[12]
Tlasın qiyamdakı rolu barədə müxtəlif fəallardan məlumatlar var. Bəziləri onun ev dustaqlığında olduğunu və 2011-ci ildən bəri ordu vəzifəsindən azad olduğunu iddia edirdi. Tlass ailəsinin məmləkəti olan Ər-Rastan həmin dövrdə ordudan fərarilik edənlərin bazasına çevrilir. Bəzi fəallar ailənin qiyam simpatiyasına şübhə etdikləri üçün bir müddət ciddi nəzarət altında olduqlarını da ifadə edirdilər.[19]
Tlas Bəşər Əsəd ilə suriyalı olmayan, lakin Suriyadan getmədən bir neçə gün əvvəl Əsədin yanında olan aparıcı bir siyasi xadim vasitəsilə görüşməyə çalışır. Lakin görüş baş tutmur.[21]
Tlas 23 digər zabit ilə birlikdə[22] 2012-ci ilin iyun ayının əvvəllərində, Suriya kəşfiyyat orqanlarının onların müxalifət üzvü olduqlarını aşkar etdikdən sonra Türkiyəyə tərəf qaçır.[23] Suriya Milli Şurasının üzvü Bəşər Hiraki daha sonra Manaf Tlasın hökumətin əsas simalarından biri olduğunu və onun fərarilik etməsinin Bəşər Əsədin azalan gücünü bir işarəsi olduğunu bildirir.[18] Bu hadisə Suriyada yüksək rütbəli hərbi komandirin ilk fərarilik etməsi halı kimi qiymətləndirilir.[24] 6 iyul 2012-ci il tarixində Fransa Xarici İşlər Naziri Loran Fabius Manaf Tlasın ailəsinə qovuşması üçün[25] Paris şəhərinə getdiyini açıqlayır.[26]
Manaf Tlasın Dəməşq şəhərindən çıxarkən arvadının və oğlunun Beyrut şəhərində olduğu da məlum olur. Tlassın fərarilik etməsindən sonra onu həyat yoldaşı və oğlu Beytut şəhərini tərk edərək Fransaya, Paris şəhərinə gedirlər.[21]
↑Batatu, Hanna, Syria's Peasantry, the Descendants of Its Lesser Rural Notables, and Their Politics (ingilis), Princeton University Press, 1999, səh. 218 (Table 18-1), ISBN140084584X
↑ 12Raymond Hinnebusch. "The Ba'th Party in Post-Ba'thist Syria: President, Party and the Struggle for 'Reform'". Middle East Critique. 20 (2). 2011: 109–125. doi:10.1080/19436149.2011.572408.
↑Sami Moubayed. "The faint smell of jasmine". Al Ahram Weekly. 744. 26 May – 1 June 2005. 25 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 March 2013.