Manhua (çin: 漫畫, sadə heroqlif. 漫画, pinyin: Mànhuà) — Çin komiksləri. Bu ad altında Çində (Tayvan və Honkonq daxil olmaqla) nəşr olunmuş bütün komikslər nəzərdə tutulur, bura çin dilinə tərcümə olunmuş yapon manqaları da daxildir.[1] Çinin quru hissəsində manhuanın istehsalının əhəmiyyətli inkişafına baxmayaraq, hələ də komikslərin böyük hissəsi Tayvan və Honkonqda nəşr olunur. Hesab edilir ki, manhuanın ilk müəllifi Tomas Çudur (Tomasu Chew).[2]
Qərb dillərində manqa, manxva və manhuanı bir-birindən fərqləndirmək qəbul olunub. Amma öz ölkələrinin dilində bu sözlər eyni heroqliflərlə yazılır və ümumiyyətlə komiks deməkdir. Misal üçün, əgər çinli bildirmək istəyirsə ki, o manhuadan yox, məhz manqadan danışır, onda o deyəcək "yapon tərzində komikslər (manhua)" (日式漫画). Bu söz ilk dəfə Yaponiyada XIX əsrin əvvəllərində peyda olub və hərfi mənada "qrotesk", "qəribə (və ya şən) şəkillər" deməkdir.[3]
Vendi Syui Vonq özünün yazdığı Honkonq komiksləri: manhuanın tarixi kitabında qeyd edir ki, çin komiksləri "özlərinə daxildir: fərqli stil və formalarda karikaturalar, komikslər və lyanxuantu (ənənəvi şəkilləri olan çin hekayələr kitabı)".[4] Lyanxuantuda (连环图 — hərfi olaraq "şəkillərdən ibarət zəncir", "bir-biri ilə bağlı şəkillər") şəkillər səhifəni bütov tutur və "buludsuz" imzalarla olur, bununla da lyanxuantu ənənəvi komikslərdən fərqlənir.[5]
Müasir komiksləri və karikaturaları xatırladan şəkillər Çinin bütün tarixi boyu mövcud olub. Bu tipli şəkillərin ən qədim nümünələri daş barelyef və dulusçuluq məhsulları üzərində qorunub saxlanılıb. Eləcə də Min (1368—1644 b.e.) və Tsin (1643—1911 b.e.) dövrünün satirik şəkilləri üzərində də var. Ənənəvi Çin manhuasının peydə olduğu vaxtı çox uzun intervalla ifadə edirlər — 1867-ci ildən 1927-ci ilə kimi. Ənənəvi manhua Çində mədəni inqilaba (1966—1976-cı illər) kimi aktiv inkişaf edirdi. Bu inqilab faktiki olaraq Çinin təbii mədəni inkişafını 10 il ləngitdi. Bu zamanda isə Tayvan və Honkonqda müasir manhua aktiv olaraq inkişaf etməyə başladı, yapon manqasının buna bir çox baxımdan təsiri var.
1980-ci illərdə ənənəvi manhua sənəti cüzi olaraq oyanmağa başladı, lakin 1990-cı illərdə Çinin quru hissəsinə Tayvan və Honkonqdan müasir manhua daxil olmağa başladı. Onlar ÇXR-in bazarını tez bir zamanda ələ aldı.[6][7][8]