Mansel adası

Мansel (ing. Mansel Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada yaşayış yoxdur (2012).

Mansel adası
ing. Mansel Island
Ümumi məlumatlar
Sahəsi 3180 km²
Uzunluğu
  • 112 km
Eni 48 km
Hündür nöqtəsi 100 m
Əhalisi
  • 0 nəf. (XXI əsr)
Yerləşməsi
62°00′00″ şm. e. 79°50′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Mansel adası xəritədə
Mansel adası
Mansel adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mansel adası.

Ada Hudzon körfəzinin şimal-şərqində, Unqava yarımadasının şimal-qərbindən 58 km qərbdə yerləşir. Yaxınlığında yerləşən adalar: Kots (115 km qərbdə), Sauthempton (150 km şimal-qərbdə) və Hottinhem (120 km şimal-şərqdə). Adanın uzunluğu 112 km, eni 48 km[1], sahəsi 3 180 km² təşkil edir. Dünyada sahəsinə görə 159-cu yerdədir. Sahil həttinin uzunluğu 298 km-dir[2]. Kvebek vilayəti ərazisinə yaxın yerləşməsinə baxmayaraq, inzibati cəhətdən Nunavut vilayətinin Kikiktani rayonu ərazisinə daxildir.

Ada əsasən düzənlik əraziyə malikdir. Maksimal hündürlüyü 100 metrdir. Adada çoxlu sayda göl vardır ki, onlar arasında ən irisinin uzunluğu 7 km-dir[3].

Ada 1613-cü ildə Tomas Battom Şimal-Qərb keçidini tapmaq ümidi ilə həyata keçirdiyi ekspedisiya zamanı kəşf etmişdir. Məhz o özü adnı vitse-admiral Robert Manselin şərəfinə (1573—1653) adlandırmışdır.

  1. "Mansel Island at The Canadian Encyclopedia". 2011-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-03.
  2. "Sea islands: Atlas of Canada; Natural Resources Canada". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-03.
  3. "Oceandots.com - The Islands Encyclopedia. Mansel Island". 2011-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-03.