Marafon — Yüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır.[1] Onun adı Qədim Yunanıstanda Marafon döyüşü zamanı Marafon düzündən Afinaya qədər qaçmış Fidippid adlı bir elçidən ilhamlanaraq alınmışdır. Marafon qaçışı birinci dəfə 1896-cı ildə təşkil edilmiş olan Afina Olimpiya Oyunları zamanı olmuşdur.[2] 1924-cü ildə isə qaçış məsafəsi 42.195 m olaraq qəbul edilmişdir. Beynəlxalq Həvəskar Atletika Federasiyası 1992-ci ildən etibarən 21. 100 m-lik məsafəyə qaçış üzrə yarım marafon dünya çempionatı təşkil edir. Marafon yarışları eyni keyfiyyətdə olmadığı üçün bu yarışın dünya rekordları yoxdur, yalnız ən yaxşı dərəcələri vardır.