Maral böcəklər (lat. Lucanus) — Buynuzlu böcəklər fəsiləsinə aid böcək cinsi. Bu cinsə 50 növ daxildir. Böyük Plini bildirmişdir ki, Niqidiy maral böcəyini lucanі adlandırmışdır. Bu isə İtaliyada vilayət adıdır. Lukaniya vilayətində onlardan amlet hazırlanır. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.
Maral böcəklər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Maral böcəklər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bu böcəklərin xarici görkəmi o qədər səciyyəvidir ki, hətta bioloq olmayanlar da onları görən kimi taniyir. Bığcıqları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibulaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qadadüstlükləri və çənələri şabalıdı-qəhvəyidir. Sürfələri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədənin uzunluğu 14 sm-dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45mm-dir.[1]
Ümumilikdə Avropanın Cənub, Mərkəz və Şərqi, Cənub-Şərqi Asiya və Şimali Amerika ərazilərində yayılmışdır. Növlərin çoxu isə Asiya ərazisində yayılmışdır.Azərbaycan (Böyük və Kiçik Qafqaz). Yox olmaq üzrədir.
Yaşayış arealının daralması, kolleksiyaçılar tərəfindən tutulması.
Bern Konvensiyasının III əlavəsinə daxil edilmişdir. Danimarka, Almaniya, Polşa, Latviya, Estoniya, Belarus Respublikası, İsveç, Ukrayna və Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir.
Yaşayış əraziləri qorunmalıdır. Çürümüş ağaclar kəsilməməli və yaşayış ərazilərindən çıxarılmamalıdır. Təbiətdə sayı və yayılması barədə yeni məlumatların əldə edilməsi məqsədilə hər il monitoringlər təşkil etmək lazımdır. Əhali arasında bu böcəyin qorunmasının vacibliyi barədə təbliğat işi aparılmalıdır. Süni surətdə artırılaraq təbiətə buraxılmalıdır.[2]