Mario del Monako (it. Mario del Monaco; 27 iyul 1915[1][2][…], Florensiya[3][4] – 16 oktyabr 1982[1][2][…], Mestre[d], Mestre[d][5]) — italyan opera müğənnisi — tenor. Bir çox musiqişünaslar tərəfindən XX əsrin sonuncu və ən mahir dramatik tenorlarından (it. di forza) biri hesab edilir. Cüzeppe di Stefano ilə yanaşı 1950–60-cı illərin ən məşhur italyan tenoru olmuşdur.
Mario del Monako Mario del Monaco | |
---|---|
it. Mario Del Monaco | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 iyul 1915[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 1982[1][2][…] (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | İtaliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Fəaliyyət illəri | 1939-1975 |
Janr | opera |
Səs tembri | tenor |
Mükafatları | |
mariodelmonaco.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Oxumağa Pezara konservatoriyasında Arturo Melokkinin yanında başlamışdır. Müxtəlif məlumatlara görə 1939–1941-ci illər arasında səhnəyə çıxmağa başlamışdır. 1943-cü ildən Milanda "La Skala" teatrında çıxış etməyə başlamış, 1946-cı ildən Londonun "Kovent Qarden" teatrında, 1957–1959-cu illərdə isə Nyu-Yorkdakı məşhur "Metropoliten-opera"da çıxış etmişdir. 1959-cu ildə SSRİ-yə qastrola gəlmiş və Böyük Teatrda Jorj Bizenin "Karmen" operasında Xose və Rucero Leonkovallonun "Məzhəkəçilər" ("Paliaççi") operasında Kanio partiyalarını ifa etmişdir. Ona ən böyük uğur qazandıran opera partiyası kimi Cüzeppe Verdinin "Otello" operasındakı Otello obrazını qeyd etmək olar. Del Monako bu partiyanı dünyanın müxtəlif ölkələrində 400 dəfədən artıq ifa etmişdir.
1975-ci ildə 20 gün ərzində Neapol və Palermoda 11 konsert verərək karyerasını başa vurmuşdur.
1964-cü ildə avtomobil qəzası keçirmiş və həmin qəzada həyat yoldaşı vəfat etmişdir. Ömrünün son illərini böyrək çatışmazlığından əziyyət çəkən Mario del Monako həmin dövrdə Trevizo yaxınlığında yerləşən Lanseniqodakı villasında yaşamış və 1982-ci il oktyabrın 16-da Mestre şəhərində bu xəstəlikdən vəfat etmişdir.